Məhkəmə qərarları › İş №2(060)-2546/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2546/2024

11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2546/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızı, Ərizəçi “mirası qəbul etmə müddətinin bərpa edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. Ərizəçi “mirası qəbul etmə müddətinin bərapa edilməsi” tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qaynanası Anaxanım Hacıağa qızından miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 20-nin miras-əmlak kimi qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia əsaslandırıldığı hallar :

2. O, Ərizəçi xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, X5 ilə 21 oktyabr 1995-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi ev 20 mərhum qaynanası Anaxanım Hacıağa qızının adına qeydiyyata alınmışdır. Qaynatası və qaynanası hər ikisi vəfat etmişdir. 2015-ci ildə qaynanası Anaxanım Hacıağa qızı vəfat etdikdən sonra həmin X3 vərəsəlik açdıraraq 0.23 ha t/s və f/y evindən ¼ ha miras payı əldə etmişdir. X4, X6, X7 da atası X2 ölümündən qalmış miras-əmlakının ona çatası payından onun xeyrinə imtina etmişdir. Lakin evi öz adına sənədləşdirmək istəyir, ona görə də vərəsəlik işinin açılmasına zərurət yaranmışdır. Sumqayıt Asan Xidmət mərkəzinin notariat ofisinə xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri X1 qalmış miras-əmlaka dair vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini üçün müraciət etmişdir. Lakin 11 yanvar 2024-cü il tarixli, 68 saylı bildirişlə qanunla müəyyən edilmiş müddəti keçirməyi və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edir ki, o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı. Ona görə də gəlib miras-əmlakı qəbul edə bilməmişdir. Yoldaşı rəhmətə getdikdən sonra pandemiya dövrü elan olunmuşdur. Yollar bağlı olduğu üçün Azərbaycana gələ bilməmiş, vərəsəlik işi açdıra bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

4. “Dövlət rüsumu haqqında” Qanun : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

6. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1133m). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243m). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321m). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir(1322m).

7. İş materaillarına əlavə edilmiş Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi notariat ofisinin 68 saylı, xx.xx.2024-cü il tarixli məktubunda görünür ki, notariat ofisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir.

8. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

9. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

10. Belə olan halda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1246cı maddəsi qüvvədən düşdüyü və qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edildiyi üçün “miras əmlakın faktiki qəbul etməsi faktının müəyyən edilməsi” barədə iddiaya məhkəmə qaydasında baxılmalı deyil, aidiyyatı notariat orqanı tərəfindən müvafiq müraciətə baxılmalıdır.

11. Mülki prossesual qanunvericiliyə əsasən ərizəyə məhkəmə qaydasında qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

Nəticə :

12. Beləliklə, məhkəmə qeyd edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından Ərizəçi maraqlı şəxs Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi notariat ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsinə” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni mülki məhkəmə qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir.

13. Məhkəmə qeyd edir ki, ərizəçiyə hazırki tələb ilə aidiyyatı notariat ofisinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir.

14. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi xx.xx.2024-cü il tarixdə **********14 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizəçi maraqlı şəxs Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi notariat ofisinə qarşı olan “mirası qəbul etmə müddətinin bərapa edilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi xx.xx.2024-cü il tarixdə **********14 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Ərizəçiyə aidiyyatı notariat ofisinə müraciət etmək hüququna malik olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar