Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2551/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1962-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğumu ilə bağlı qeydin aparılması faktının müəyyən edilməsi və bu barədə akt qeydinin bərpa vəzifəsinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 4 yanvar 1962-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında verilmişdir. Həmin şəhadətnamə yararsız hala düşmüşdür. Təkrar almaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etdikdə ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, atası X4, anası X1r. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.12.2019-cu il tarixli məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(060)-1121/2020 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X5 Ş. oğlu, anası Bayramova Gülbahar M. qızıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1962 il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi bərpa edilərkən ata qrafasında X4, ana qrafasında X2 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinun xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərkən ata qrafasında X4, ana qrafasında X2 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2551/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2551/2021
08.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver