Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2589/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 31.4 kv.metr olan, iki otaqlı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 31.4 kv.metr olan, iki otaqlı mənzili 28 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzildə cavabdehlər daxil olmaqla 7 nəfər pasport qeydiyyatındadır. Cavabdehlərdən Cavabdeh2 onun ikinci əridir. Onunla 05 oktyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından 03 aprel 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-970/2018 saylı mülki iş üzrə 12 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən onların aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş qaynanası, Cavabdeh3 isə keçmiş qaynıdır. Onlar iddiaçıya məxsus mənzilə formal pasport qeydiyyatına alınmışlar, mənzildə yaşamamışlar və mənzildə onlara məxsus heç bir əmlak olmamışdır. Mənzili o, Cavabdeh2 ilə aralarında bağlanmış nikahdan öncə, 28 iyun 2011-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Cavabdeh2 mənzili 2017-ci ilin oktyabr ayında tərk etmiş, bir daha həmin mənzilə qayıtmamış və orada yaşamamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia hissəvi olaraq təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - ******* saylı 28.06.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Mehdiyeva Mənsurə Rəsul qızı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilini X1 15.464 manata satmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilin mülkiyyətçisi X2r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 29.09.2011-ci ildə qeydiyyata alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-970/2018 saylı, 12 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 05.10.2012-ci il tarixli nikahın pozulması qət edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Səhəsinin 1679 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1 2014-cü ildən, Cavabdeh2 2014-cü ildən və Cavabdeh3 2015-ci ildən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilində pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, 17.07.2018-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Səhəsinin aktından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilində qeydiyyatda olan Cavabdeh2 göstərilən ünvanda 2017-ci ilin oktyabr ayından yaşamır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Səhəsinin 1680 nömrəli arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilində qonşuların aktına əsasən 2017-ci ilin oktyabr ayından göstərilən ünvanda yaşamır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında olan nikah 22.08.2019-cu ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 337 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Şiriyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzili 28.06.2011-ci ildə alqı-satqı müqaviləsi ilə əldə etmişdir. O, Cavabdeh2 ilə 05.10.2012-ci il tarixdə nikaha girmiş və sonuncu həmin vaxtdan 2017-ci ilədək sözügedən mənzildə yaşamışdır. Onların nikahı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-970/2018 saylı, 12.01.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bu mənzilə formal pasport qeydiyyatına alınmışlar və orada heç vaxt yaşamamışlar. İddianın adıçəkilən cavabdehlərlə bağlı hissəsinə məhkəmə qərardadı ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 2009-cu ildə qəbul olunmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Belə ki, Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilinə 2012-ci ildə köçüb yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında olan nikah 12.01.2018-ci il tarixdə pozulduğundan, Cavabdeh2 iddiaçının keçmiş həyat yoldaşı olduğuna görə, iddia tələbi qanuni və əsaslı olduğu üçün bu hissədə təmin olunmalı, Cavabdeh2 İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 saylı evin, 139/69 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2589/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2589/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver