Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2599/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 xx.xx.1940-cı ildə Astara rayonu, Piyəkənərüd kəndində doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında X27, anasının X8 qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X16 xx.xx.1940-cı ildə Astara rayonu, Piyəkənərüd kəndində anadan olmuşdur. xx.xx.1962-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində X17 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 5 övladları dünyaya gəlmişdir. xx.xx.1963-cü il təvəllüdlü X12, xx.xx.1969-cu il təvəllüdlü X5, xx.xx.1971 -ci il təvəllüdlü X9, xx.xx.1973-cü il təvəllüdlü X13 və o. Anası xx.xx.2024-cü ildə Sumqayıt şəhərində dünyasını dəyişmişdir. Anası dünyasını dəyişdikdən sonra vərəsəlik işi açılmış və ondan onun doğum haqqında şəhadətnaməsini tələb etmişlər. O da həmin sənədi tapmadığı üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2025-ci ildə doğum haqqında aktın verilməsindən imtina edilmişdir. Həmçinin qeydiyyat şöbəsində ona izah olunmuşdur ki, doğum haqqında aktın alınması üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Əlində olan rəsmi sənədlərdə 1962-ci il mart ayının 29-da bağlanmış nikah haqqında şəhadətnamə və 17 dekabr 2024-cü ildə verilmiş ölüm haqqında şəhadətnamədə anasınının ad soyad ata adı X16 olaraq qeyd edilmişdir. Anasının ad soyad ata adı X14 olaraq qeyd olunmalıdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı faktın müəyyən edilməsi vərəsəliklə bağlı məsələlərin həlli üçün lazımdır. Anasından ona müəyyən qədər pul qalıb. Həmin pulu əldə etmək üçün sənədi düzəldib DSMF-yə təqdim etməlidir. Anası Astarada doğulub, babası X27, nənəsi X3r. Sistemdə soyadlarının yazılışında “d” və “t” hərflərinin yazılışında fərqliliklər var. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Maraqlı şəxs 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Astara rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Astara rayonu Qeydiyyat şöbəsi, Səncərədi, Ovala, Şuvi, Əsxanəkəran (Motlayataq), Ərçivan, Şahağacı, Təngərüd, Əsxanəkəran, Pensər, Qum icra nümayəndəlikləri) Fətayeva (Qüdrətova, Fətdayeva) Münəvvər Nüsrət qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilir ki, 1940-cı ilə dair Astara rayonu Pəyəkənərüd kəndi üzrə doğum qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə təhvil verilməyib. 7.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. 8.İşdə olan AZ-İ 142969 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 382 nömrə ilə qeydə alınmışdır. 9.İşdə olan AZ-İ 119030 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2004-cü ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 1481 nömrə ilə qeydə alınmışdır. 10.İşdə olan AZ-İİ 408768 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 1526 nömrə ilə qeydə alınmışdır. 11.İşdə olan AZ-İ 811832 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2016-cı ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 280 nömrə ilə qeydə alınmışdır. 12.İşdə olan İ-İE 384393 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X22 və X18 xx.xx.1962-ci ildə nikaha girərək ailə qurmuşlar və bu nikah 206 saylı akt qeydilə rəsmiləşdirilmişdir. 13.İşdə olan AZ-553255 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X6r. 14.İşdə olan AZ-1691251 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1969-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X11r. 15.İşdə olan AZB-162276 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X11r. 16.İşdə olan 428098 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X11r.
17. İşdə olan AA5253647 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1940-cı ildə Azərbaycan Respublikasında doğulmuşdur.
18. İşdə olan AZ-104573 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1949-cu ildə Astara rayonu, Piyəkənərüd kəndində doğulmuşdur. X7, anası X3r.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin anası X16 xx.xx.1940-cı ildə Astara rayonu, Piyəkənərüd kəndində doğulmuşdur. X7, anası isə X3r. Bu fakt iş materialları ilə təsdiq olunur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. 21.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin anası X4 xx.xx.1940-cı ildə Astara rayonu, Piyəkənərüd kəndində doğulması faktı müəyyən olunmalıdır. 22.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 23.Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 24.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Nəticə hissəsi: 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçinin anası X4 xx.xx.1940-cı ildə Astara rayonu, Piyəkənərüd kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçinin anası X4 doğum haqqında akt qeydi bərpa olunsun və həmin akt qeydində X4 X7, anası X1 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva