Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2620/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mayis oğluna qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mayis oğlunun azyaşlı övladı ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78-də yerləşən 66 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, 66 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir (çıxarış ərizəyə əlavə edilir). Cavabdeh Mayis oğlu onun oğludur. Neçə illərdir ki, qeyd etdiyi ünvanda yaşamır. Cavabdeh və onun azyaşlı övladı yetkinlik yaşına çatmayan 2011-ci il təvəllüdlü X7 və cavabdeh həmin ünvanda pasport qeydiyyatındadırlar. O cavabdehə bu evdən qeydiyyatdan çıxmaq şərti ilə əvvəllər ona məxsus olan digər evini satıb, Sumqayıt şəhəri, Nasosnu Şirvan stansiyası ev 1, 18 saylı mənzili almışdır. Cavabdeh ailəsi ilə birlikdə neçə illərdir ki, aldığı həmin mənzildə yaşayır. Belə ki, cavabdeh 2000-ci ildə evlənmiş, evləndiyi vaxtdan hazırki mənzillə qonşuluqda yerləşən 1 otaqlı evə köçmüşdür. Uzun illər həmin mənzildə yaşadıqdan sonra başqa bir qadına görə ailəsini dağıtmış, həmin mənzili sataraq özünə başqa bir mənzil almışdır. Beləliklə 2000-ci ildən ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, 66 saylı mənzildə yaşamamışdır. Lakin cavabdeh könüllü surətdə ona məxsus olan evdən qeydiyyatdan çıxmaq istəmir. Hesab edir ki, cavabdehin ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Belə ki, o da mübahisəli binada 59 saylı mənzildə yaşayır. Cavabdeh Əfəndiyev X5 xalanın oğludur. 2000-ci ildə onu evləndirəndə iddiaçı ona 1 otaqlı ev aldı. Malis ailəsi ilə həmin evdə yaşayırdı. Lakin onların uşaqları olmurdu. Sonralar eşitmişdir ki, Malisin başqa ailəsi və uşağı var. Malis həmin bir otaqlı evi də satmışdır. Elə o vaxtdan Malisi görməmişdir. Şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Belə ki, o mübahisəli binanın 69 saylı mənzilində 1996-cı ildən yaşayır. Cavabdeh Mayis oğlu iddiaçının oğludur. Əvvəllər o Türkiyədə işləyirdi. 2000-ci ildə evləndi. Evləndikdən sonra 1 otaqlı evdə yaşadı. Daha sonra isə Malis həmin bir otaqlı evi satdı. Şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Belə ki, o mübahisəli binanın 68 saylı mənzilində yaşayır. Cavabdeh Mayis oğlu iddiaçı Rəhilənin oğludur. Malis 2000-ci ildə evlənmiş, evləndikdən sonra 1 otaqlı evdə yaşamışdır. Daha sonra Malis evi satmış, bir daha ora qayıtmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) Cavabdeh Mayis oğluna məhkəmə bildirişi ünvanlansa da, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə 282 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh Mayis oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 şəhəri, 9-cu mikrorayon, ev 78, mənzil 66 ünvanında qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçının oğlu Cavabdeh Mayis oğlu iddiaçıya məxsus mənzildə yaşamış, lakin 2000-ci ildən özünə başqa yaşayış yeri seçməklə mənzili daimi olaraq tərk etmişdir. Cavabdeh artıq 20 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, onun 2000-ci ildən sözügedən mənzildə yaşamaması ilk növbədə məhkəmə iclasında mübahisəli binada yaşayan qonşuların ifadələri ilə təsdiq olunur. Digər tərəfdən cavabdeh mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, o, 2000-ci ildən 20 ildən çox keçməsinə baxmayaraq mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh Mayis oğlunun iddiaçıya məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 78 saylı evin 66 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Mayis oğlunun və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X3 İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 78 saylı evin 66 saylı mənzilindən (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 372, M4, m2) istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2620/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2620/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver