Məhkəmə qərarları › İş №2(060)-2640/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2640/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2640/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, AR Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.3 m2-dən ibarət olan 14 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzili xx.xx.2019-cu il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərini tam ödəməklə Cavabdeh1 almışdır. Cavabdehlər mənzilin əvvəlki sahibləridir. Mənzil ona satılarkən, Cavabdeh1 bütün ailə üzvləri, o cümlədən cavabdeh, mənzilin satılmasına dair razılıq vermişdir. Lakin, cavabdehlər qeydiyyatdan çıxmamışdırlar. Alqı-satqı müqaviləsinin 13-cü maddəsində cavabdehlərin qeydiyyatdan çıxma üzrə sonuncu tarixləri xx.xx.2019-cu il göstərilmişdir. Cavabdehlərin pasport qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin evə yaşayış hüquqlarının itirilmiş hesab edilmələri və pasport qeydiyyatından çıxarılmalarına dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh5 Gəray qızının, Cavabdeh2 və onun azyaşlı övladı X2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı övladı Eyvazov Fərid Nəriman oğlunun mülkiyyətndə olan ünvan 1 ünvanında yerləşən, 14 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh5 Gəray qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə 15 saylı MKS tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 17 saylı evin 14 saylı mənzilini 35.000 manata Cavabdeh1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 17 saylı evin 14 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, 15 saylı MKS tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5 Gəray qızı, Cavabdeh2 və onun azyaşlı övladı X3, Cavabdeh3, Cavabdeh4 və azyaşlı övladı Eyvazov Fərid Nəriman oğlu ünvan 1 ünvanında yerləşən, 14 saylı mənzilində qeydiyyatdadırlar. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduqları ünvanda yaşamamaları, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh5 Gəray qızının, Cavabdeh2 və onun azyaşlı övladı X2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı Eyvazov Fərid Nəriman oğlunun ünvan 1 ünvanında yerləşən, 14 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5 Gəray qızının, Cavabdeh2 və onun azyaşlı övladı X2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı Eyvazov Fərid Nəriman oğlunun ünvan 1 ünvanında yerləşən, 14 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar