Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2644/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, X1 iştirakı ilə, X1 cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: X2 cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X5 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yeganə mülkiyyətçisidir, bu faktı təsdiq edən AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********67-10301 nömrəli xx.xx.2019-cu il tarixli 122 inventar nömrəli Texniki Pasporta sahibdir. X12 “Ev dəftəri” əsasında verilib. Cavabdeh1 onun doğma qızıdır, 1999-cu il təvəllüdlü X9 cavabdehin övladıdır, onun nəvəsidir. Onlar artıq 20 ildir ki, Rusiya Federasiyası, Kursk Vilayəti, Çerenişina rayonu, Kolxoz Komsomoliç ünvanında yaşayırlar və Rusiya Federasiyası vətəndaşlarıdırlar. “Ev Dəftəri” sənədində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna malik olan şəxslər göstərilir. 1999-cu il təvəllüdlü X9 “Ev Dəftəri” sənədində göstərilmir, buna baxmayaraq o, yaşayış evində qeydiyyatda olan şəxsdir. Çünki hər növbəti seçkilər keçiriləndə cavabdehin adına evinə çağırış vərəqəsi göndərilir. Bundan əlavə, cavabdehlər üçün o, əlavə vergi ödəməli olur. Cavabdehlər ilə münasibətləri olduqca mehribandır. Lakin o, fərdi yaşayış evində yaşamayan və digər dövlətdə yaşayan şəxslər üçün əlavə vergi ödəmək istəmir və buna imkanı da yoxdur. Mülkiyyətçi kimi ona məxsus olan evdən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququna sahibdir. O, xüsusi mülkiyyətçi olduğu üçün, Cavabdeh1 və X5 xüsusi mülkiyyətində olan evindən qeydiyyatdan çıxarılmasını, yaşayış sahəsindən onların istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlərdən Zəhraxanım qızı, Lamiyə isə nəvəsidir. Zəhrəxanım Xəlilova bu mənzildə anadan olmuş, ailə quranadək bu evdə yaşamış, daha sonra ailə quraraq köçüb getmişdir. Artıq iyirmi ildən artıqdır ki, bu evdə yaşamır. Cavabdehlər Rusiyaya köçüb getmişlər və orada yaşayırlar. Cavabdehlərin ona məxsus evdə formal qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur, əlavə kommunal xərclər ödəməli olur. Eləcə də cavabdehlərin H.Zeynalabdin qəsəbəsində özlərinə məxsus daimi yaşayış evləri vardır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: ünvan 4 ünvanına dair Ev kitabından görünür ki, 1977-ci il təvəllüdlü X6 həmin ünvanda qeydiyyatdadr. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “elektron Çıxarış”dan görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. ASAN-Sumqayıt tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Xəlilova X3 şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 102 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Hacı Zeynalabdin Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 398 saylı arayışından görünür ki, Cavabdeh1 istifadəsində Hacı Zeynalabdin qəsəbəsi S.Vurğun küçəsində sənədsiz olaraq 600 m2 torpaq sahəsi və 143 m2 yaşayış evi mövcuddur. 2000-ci ildən X4 torpaq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İddiaçının qızı Cavabdeh1 mübahisə predmeti olan mənzildə yaşamış, daha sonra ailə quraraq mənzildən köçüb getmişdir. Artıq iyirmi ildən artıqdır ki, Cavabdeh1 bu mənzildə yaşamır. Digər cavabdeh Lamiyə Xəlilova həmin mənzildə yaşamamış və qeydiyyatda deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh Zəhrəxanım Xəlilova mübahisəli evdən köçüb getmiş və davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ünvan 5 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2644/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2644/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver