Məhkəmə qərarları › İş №2(060)-2661/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2661/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2661/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 Ərizəçi və maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı “iş stajının təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1971-ci ilin iyul ayından 1974cü ilin sentyabr ayınadək Qubadlı rayonunun “Sabir” adına kolxozda kolxozçu işləməyi təsdiq etməklə həmin dövlərin sosial sığorta stajı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi xx xxxxxx 1956cı ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur. 1971-ci ildə Qubadlı rayonunun Teymur Müskanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmiş və həmin ilin iyul iyundan 1974-cü ilin oktyabr ayına qədər Qubadlı rayonunun “Sabir” adına Kolxozda Kolxozçu peşəsində işləmişdir. Qubadlı rayonu ermənilər tərəfindən işğal edildiyindən ona məxsus olan əmək kitabçası orada qalmışdır. Bunu 10.02.2021-ci il tarixli arxiv arayışı təsdiq edir. Onun 1971-1974- cü illərdə Qubadlı rayonunun “Sabir” adına kolxozçu işləməyini həmin dövrdə orada yaşamış və kolxozda işləmiş şahidlər təsdiq edə bilər. 31 oktyabr 1974-02 dekabr 1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə tərxis olunduqdan sonra yəni, 07.02.1979-cu ildə Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt şəhər İstilik və Kotel Birliyində işə qəbul edilmişdir. 01.10.1998-ci ilə qədər Sumqayıt şəhərində yerləşən idarə və müəssisələrdə işləmişdir. 01 sentyabr 1977-ci ildən 20 avqust 1978-ci ilə qədər Ermənistan Respublikasının Qafan şəhərində olan texniki-Peşə məktəbində təhsil almışdır. Onun 65 yaşı 25 yanvar 2021-ci ildə tamam olmuşdur. 65 yaşı tamam olan tarixdə əmək pensiyası təyini üçün sənədlərini qeydiyyat yeri üzrə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına təqdim etmişdir. Maraqlı tərəf iş stajının 22 il 8 ay olduğunu bildirmişdir. Qeyd etdiyi kimi o, 1971-ci ilin iyul ayından 1974-cü ilin sentyabr ayınadək Qubadlı rayonunun “Sabir” adına Kolxozunda Kolxozçu işləmişdir. Həmin dövrdə “Sabir” adına kolxozda işlədiyini şahidlər təsdiq edə bilər. Göstərilənləri nəzərə alaraq, onun 1971-ci ilin iyul ayından 1974-cü ilin sentyabr ayınadək Qubadlı rayonunun “Sabir” adına kolxozda kolxozçu işləməyi təsdiq etməklə həmin dövlərin sosial sığorta stajı hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 ərizəyə etiraz edərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişiklyə əsasən 63 yaşına çatmış kişillərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda ərizəçinin tələb olunan 25 il sığorta stajına qarşı 22 il 08 ay sığorta stajının olması səbəbindən ona yaşa görə pensiya təyin edilməsi qanuna ziddir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" qərarında qeyd edilmişdir ki, vətəndaşın əmək stajının təsdiqi ilə bağlı ən azı iki nəfər şahidin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla izahatında öz əksini tapmalıdır. Bu səbəbdən ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X11 bildirdi ki, Ərizəçi kəndçisidir. Qubadlı rayonu, “Sabir” adına kolxozda 1970-71-ci illərdə işləmişdir. Həmin vaxtlarda Ələsdan həmin kolxozda fəhlə işəyirdi. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi kəndçisidir. Ələsdan səkkizinci sinifi bitirəndən sonra Qubadlı rayonu, “Sabir” adına kolxozda işləmişdir. O, 1993-cü ilə kimi, yəni rayon işğal olana qədər həmin kolxozda fəhlə işəmişdir. Məhkəmə Ərizəçi, maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6, şahidlər X11 və X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsassızdır və aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının Ərizəçi ünvaladığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajına qarşı 22 il, 08 ay sığorta stajının olması səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. İş materiallarında olan Qubadlı Rayon İcra Hakimiyyəti Qubadlı Rayon Dövlət Arxivi 10.02.2021-ci il tarixli, 6 №-li arxiv arayışından görünür ki, M.Ə.Sabir adına kolxozun 1970-ci ildən 1993-cü ilədək olan sənədlər Qubadlı rayon X10 Mühafizəsinə təhvil verilməmişdi. 1991-1992-ci illərin sənədlərin mühafizəyə verilmişdir. Həmin sənədlərdə Ərizəçi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 10.02.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 13, mənzil 39-da qeydiyyatdadır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 1971-ci ilin iyul ayından 1974-cü ilin sentyabr ayınadək Qubadlı rayonunun “Sabir” adına kolxozda kolxozçu işləməsi faktını təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi tərəfindən məhkəməyə dəvət edilmiş, şahidlərin isə ümumiyyətlə həmin dövrdə Qubadlı rayonunun “Sabir” adına kolxozunda hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədi mövcud deyil. Bu səbəbdən məhkəmə ərizəçi tərəfindən dəvət edilmiş, şahidlər X11 və X1 ifadələrini mötəbər hesab etmir və şahid ifadələrini sübut olaraq qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı “onun 1971-ci ilin iyul ayından 1974-cü ilin sentyabr ayınadək Qubadlı rayonunun “Sabir” adına kolxozda kolxozçu işləməyi təsdiq etməklə həmin dövlərin sosial sığorta stajı hesab edilməsi”nə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı “iş stajının təsdiq edilməsi”nə dair ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar