Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2666/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxx 1956-ci ildə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, ona verilən xx xxxx 1956-cı il tarixli, 1-ИЕ 185703 №-li doğum haqqında şəhadətnamənin ata qrafasında atasının soyadı, adı və atasının adı qeyd olunmamışdır. Ona xx.xx.2011-ci il tarixdə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsində soyadı Əliyev, adı Akif, atasının adı isə Şahlar kimi göstərilmişdir. Atasının adı Şahlar, soyadı Əliyev, atasının adı isə Əzim olmuşdur. Bunu 1-ЖГ 339271 №-li nikah haqqında şəhadətnamə təsdiq edir. Ağdam rayonunun Qərvənd kəndində yerləşən həyətyanı torpaq sahəsinin və orada inşa edilmiş evi adına sənədləşdirmək istəyir. Ona məxsus doğum haqqında şəhadətnamədə atasının soyadı, adı və atasının adı ata qrafasında qeyd olunmadığına görə hüquqmüəyyənedici sənədləri əldə edə bilmir. Ona məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında müvafiq düzəlişin edilməsi məqsədilə Suqmayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, maraqlı tərəf özünün xx xxxxxx 2021-ci il tarixli 05/Q-18/62 saylı məktubu ilə ona tövsiyyə edilmişdir ki, akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən xx xxxx 1956-cı ildə Ağdam rayon Qərvənd kənd Soveti tərəfindən verilmiş 45 №-li akt qeydinin bərpa edilərək, ona veriləcək yeni doğum haqqında şəhadətnamədə atasının soyadının Əliyev, adının Şahlar, atasının adının Əzim kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, Ərizəçi atasının dayısı nəvəsidir. X4, anası X3r. Evin tək övladıdır, bacısı və qardaşı yoxdur. Anası 1993-cü ildə, atası isə 2005-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, Ərizəçi qardaşı oğludur. X4, anası X3r. Evin tək övladıdır. Anası 1993-cü ildə, atası isə 2005-ci ildə vəfat etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx xxxxxx 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ağdam rayon Qərvənd icra nümayəndəliyində qeydə alınmış doğum haqqında şəhadətnaməsində ata adı qrafasına “Şahlar” əlavə olunması barədə müraciətinə baxılmış, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ümumi axtarış aparılmış və sizin adınıza doğum haqqında akt qeydi aşkar olunmamışdır. Təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan və dəyişiklik etmək üçün kifayət qədər əsas tədqim edə bilmədiyindən, şəxsin eyniliyi faktının müəyyən edilməsi və ya doğum haqqında akt qeydinin bərpa olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1956-cı ildə anadan olmuş, anası X3r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X2 arasında nikah xx xxxxx 1976-cı ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 1993-cü ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx xxx 2005-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi xx xxxx 1956-cı ildə anadan olmuş, X4, anası X3r. Ərizəçiyə məxsus xx xxxx 1956-cı il tarixli doğum haqqında şəhadətnamədə ata adı qeyd edilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi sənədlər arasında ziddiyyət olduğu üçün düzəliş etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1956-cı ildə Ağdam rayon Qərvənd icra nümayəndəliyi tərəfindən verilmiş 45 saylı akt qeydində düzəliş edilərək, Ərizəçi ata adının X5 qeydiyyatı aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311, 339-341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı ildə Ağdam rayon Qərvənd icra nümayəndəliyi tərəfindən verilmiş 45 saylı akt qeydində düzəliş edilsin və Ərizəçi ata adının X5 qeydiyyatı aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2666/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2666/2021
12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver