Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-267/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment, maddi yardım və uşağın himayəyə verilməsi tələbinə, Cavabdeh İddiaçı qarşı nikahın pozulmasını dair qarşılıqlı iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqı və bütün növ gəlirlərinin ¼ hissəsinin xx.xx.2020-ci il tarixdən hesablanaraq ona ödənilməsi, övladı 3 yaşına çatanadək 200 manat pulun xx.xx.2020-ci il tarixdən hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə aralarında olan nikahın pozulması, övladı xx.xx.2019-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddiaya dəqiqləşmə verərək, tərəflərin arasındakı nikahın pozulmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları vardır. Artıq xeyli müddətdir ki, aralarında olan ailə münasibətləri pisləşmiş və formal xarakter daşıyır. Övladının saxlanması ona çətinlik yaradır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.1019-cu il təvəllüdlü X5 adlı övladları vardır. Aliə münasibətləri pisləşmişdir. Birgə yaşamaları mümkün deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X6 ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı tələbin rədd olunmasını xahiş etdi. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı izahat verərək bildirmişdir ki, hazırda mübahisənin sülh və barışıq sazişi ilə həll edilməsi mümkün deyildir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddia tələbinin isə alimentin Cavabdeh əmək haqqı və bütün növ gəlirlərinin ¼ hissəsindən tutulması və birgə nikahdan olan uşağın İddiaçı himayəsinə verilməsi hissəsində təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmiş, cavabdehlə birlikdə yaşamaq mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Qazax rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2019-cu ildə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 215 nömrəsi ilə qeyd edilmişdir. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları vardır. - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdehdur. - xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuş teleqramdan görünür ki, ilkin iddia üzrə İddiaçı qarşılıqlı iddianı qəbul etmir və məhkəmədən az yaşlı övladının onun yanında saxlanmasını xahiş edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 786 saylı məktubundan görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmət edir və onun aylıq əmək haqqısı 665 manat 70 qəpikdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 361 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, cavabdeh Bayramov X1 iclaslarında iştirak etmədiyindən, cavabdehin mövqeyi öyrənilmədən mübahisə ilə bağlı obyektiv rəyin verilməsi qeyri-mümkündür. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 361 saylı xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı və valideynləri Sumqayıt şəhəri, X8, 1 saylı məhəllə, 139 saylı həyət evi ünvanında yaşayırlar. Onlarla aparılan söhbət zamanı, ailə üzvləri nəvələrini çox sevdiklərini, nəvələri üçün daha yaxşı şərait yaradacaqlarını, nəvələrinin həmin ünvanda yaşamağına etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları vardır. Cavabdehin iddiaçı ilə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmiş, və tərəflər barışmamışdır. X5 Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə xidmət edir və onun aylıq əmək haqqısı 665 manat 70 qəpikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, iddiaçı və cavabdeh arasında xx.xx.2019-ci il tarixdə bağlanmış, 215 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Belə ki, tərəflərə barışmaları üçün 3 ay vaxt verilmiş, lakin məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə arasında olan nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan doğulmuş uşağın ana qayğısına daha çox ehtiyacı olmasını, atanın bu məsələni mübahisələndirməməsini və digər diqqətəlayiq olan digər halları nəzərə alıb, uşağın inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, ilkin iddia bu hissədə təmin olunmalı, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci və 76.1.1-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirinin) ¼ (dörddə bir ) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci və 85.1.1-ci maddələrinin məzmunundan görünür ki, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Məhkəmə tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia 200 manat maddi yardım tələbi hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, xx.xx.1019-cu il təvəllüdlü X2 3 yaşına çatana kimi cavabdehdən hər ay 50 manat maddi yardım tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq maddi yardım xx.xx.2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, ilkin iddianın alimentin xx.xx.2020-ci il tarixdən tutulması hissəsi kifayət qədər əsaslandırılmamış, habelə tərəflərin həmin tarixdən etibarən faktiki ayrılmaları, eləcə birgə təsərrüfat aparmamaları iş materiallarında təsdiqini tapmamış, müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2019-cu il tarixdə bağlanmış, 215 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2019-cu il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalı və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin hər ay qazancının 1/4 hissəsi və 3 yaşına çatana kimi 50 manat aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, istər uşağın saxlanılması, istərsə də uşağın doğulduğu gündən üç il ərizndə ər-arvadın bir-birini saxlamaq vəzifəsi ilə bağlı pul tutulması ümumilikdə aliment öhdəliklərinə aid edildiyindən məhkəmə qətnaməsi hər iki tələblə bağlı hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia və qarşılıqlı iddia qismən təmin olunsun. Cavabdeh ilə İddiaçı arasında Qazax rayon qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış, 215 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalsın. xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 50 manat aliment tutularaq İddiaçı verilsin. İlkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-267/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-267/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver