Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2692/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “bağ sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun qanuni sahibliyində olan Yaşma massivində yerləşən 802 saylı bağ sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti “Dalğa” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Yaşma massivi ərazisində yerləşən 802 saylı bağ sahəsi onun sahibliyinə verilmişdir. Qonşuluqda yerləşən 803 saylı bağ sahibi Cavabdeh bağ sahəsinin arasında olan hasarı sökərək onun bağ sahəsini qanunsuz sahiblənmişdir. 08.12.2021-ci il tarixli “Dalğa” bağçılıq yoldaşlıq cəmiyyətinin arayışından görünür ki, cavabdeh həqiqəqətən də, onun bağ sahəsini qanunsuz sahiblənmişdir. Şifahi şəkildə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh torpaq sahəsini qaytarmır. Ona görə də məhkəməyə müraciət etməli olub. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan 802 saylı bağ sahəsi iddiaçının, 803 saylı bağ torpaq sahəsi isə onundur. Lakin sonra iddiaçının oğlu torpaq sahəsini Nail adlı tanışlarına satmış, onun oğlu Nail ilə birlikdə həmin torpaq sahəsində heyvan saxlamışlar, daha sonra Nail heyvanları götürüb çıxıb getmiş, heyvanların qarşılığında onlarda həmin torpaq sahəsini özlərinə götürərək sahiblik edirlər. Nail heyvanları qaytararsa onlar da bağ sahəsini qaytararlar. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır: Mülki iş materialalrında olan: “Dalğa” Bağçılıq Yoldaşlığı cəmiyyəti tərəfindən verilmiş X1 görünür ki, Yaşma massivi ərazisində yerləşən 802 saylı bağ torpaq sahəsi 17 fevral 2017-ci il tarixdə İddiaçı istifadəsinə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti “Dalğa” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 08 fevral 2021-ci il tarixli arayışından görünür ki, “Dalğa” Bağçılıq yoldaşlığından 802 saylı bağ sahəsi İddiaçı məxsusdur. Əraziyə baxış zamanı Cavabdeh aid olan 803 saylı bağ sahəsi ilə aralarında hasar aşkar edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli sorğusuna cavab olaraq “Dalğa” Bağçılıq Yoldaşlığı cəmiyyətinin məhkəməyə 09 aprel 2021-ci il tarixdə daxil olmuş 012 saylı arayışına əlavə edilən: Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 7E-1721 reyestr nömrəsi ilə qeyd edilən 14 yanvar 2017-ci il tarixdə X4 tərəfindən verilən ərizənin məzmunundan görünür ki, səhhəti ilə bağlı olaraq adına olan 802 saylı bağ sahəsində qulluq edə bilmədiyini nəzərə alaraq, həmin bağ sahəsini qohumu, bağ sahəsinə onunla birlikdə qulluq edən İddiaçı adına sənədləşdirilməsini “Dalğa” Bağçılıq Yoldaşlığından xahiş etmişdir. Sumqayıt şəhərinin “Yaşma” bölgəsindəki “Dalğa” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində 802 və 803 saylı bağ sahələrinin yerləşməsinin sxematik planından çıxarışlardan görünür ki, 802 saylı və 803 saylı bağ torpaq sahələri bir-birlərinə yanaşı yerləşməklə qonşu bağ sahələridir. “Dalğa” X3 Heyətinin 05 fevral 2017-ci il tarixli 1 saylı protokolundan görünür ki, “Dalğa” B/Yoldaşlığının üzvü X2 müraciəti təmin edilərək onun Bağçılıq Yoldaşlığının üzvlüyündən azad edilməsi, İddiaçı “DALĞA” Bağçılıq Yoldaşlığının üzvlərinə qəbul edilməsi və 802 saylı bağ sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmədə işin mübahisə doğurmayan halları olaraq müəyyən edildi ki, mübahisəli bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan həmin bağ sahəsinə sahiblik edir və bağ sahəsini iddiaçının istifadəsinə qaytarmaqdan imtina edir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçının hazırkı vəziyyətdə mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmış olmasa da, həmin bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə və sahibliyində verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.8-ci maddəyə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158-ci maddəyə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 152.2-ci maddəyə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1-ci maddəyə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının cavabdehin qanunsuz sahibliyindən bağ torpaq sahəsini geri tələb etməsi barədə iddia tələbi əsaslı və qanunidir. Həmin bağ torpaq sahəsinin cavabdehin sahibliyi və istifadəsində olması iddiaçıya əmlak üzərində sahiblik və istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir əmlak hüququna malik deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yaşma massivində yerləşən 802 saylı bağ sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2692/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2692/2021
07.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver