Məhkəmə qərarları › İş №2(060)-2697/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2697/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2697/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Sumqayıt şəhəri 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə notariat ofisi) mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhəri 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə notariat ofisini maraqlı şəxs kimi göstərməklə) mərhum anası X2 miras əmlakı kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26 ünvanında yerləşən 86 saylı mənzilin (köhnə mənzil 27) onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X8 xx.xx.2013-cü il tarixdə və mərhum anası X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26 ünvanında yerləşən 86 saylı mənzil (köhnə mənzil 27) mərhum anasına məxsus olmuş və dövlət reyestrindən çıxarış onun adınadır. Həmin mənzil mərhum anasından miras qalmışdır. Mərhum anasının vərəsələri ərizəçi və iki bacısı X5 və X6rlar. Onlar notariat ofisində ərizə yazaraq mirasdakı paylarından könüllü surətdə imtina etmişlər. Ərizəçi isə mərhum atası və anası ilə birlikdə yaşamışdır. Onların vəfatından sonra da həmin mənzildə yaşayır. Mirası faktiki olaraq qəbul etmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni əldə etmək üçün notariat orqanına müraciət etmişdir. Vərəsəlik işi açılsa da, ərizəçiyə qanun üzrə müəyyən olunmuş müddəti ötürdüyü üçün imtina cavabı verilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1964-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 6 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü i tarixli, 212 saylı arayışına əsasən Hüseynova Şəlalə Yusif qızı ünvan 2 ünvanında yaşayır. 6 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 220 saylı ailə tərkibi haqqında arayışına əsasən ünvan 3 ünvanında yaşayan mərhum Nazlı Hüseynova xx.xx.2016-cı ildə vəfat edib. Onun ailə üzvləri Ərizəçi, X5, X4 ibarətdir. Onların qeydiyyatları yoxdur. 6 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü i tarixli, 211 saylı arayışına əsasən Hüseynova Şəlalə Yusif qızı ünvan 2 ünvanında yaşayır. Mənzil sahibi Nazlı Hüseynova xx.xx.2016-cı ildə vəfat edib. Ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X8 xx.xx.2013-cü ildə, X3 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 86 X2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. X5 tərəfindən notariat ofiisnə təqdim edimiş **********400 saylı ərizəyə əsasən xx.xx.2016-ci ildə vəfat etmiş anası X2 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikirində deyildir. X9 tərəfindən notariat ofisnə təqdim edimiş **********094 saylı ərizəyə əsasən anası X3 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmirəm və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizəçi tərəfindən notariat ofisnə təqdim edimiş **********956 saylı ərizəyə əsasən o, anası X1 irs qalmış mirası qəbul etmişdir. 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə notariat ofisnin xx.xx.2023-cü il tarixli ərizəsin əsasən X2 xx.xx.2016-cı ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi Ərizəçi mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan 6 aylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 43-də yaşayan qonşu X16, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 30-da yaşayan qonşu X7, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 13-də yaşayan X13 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən qonşuların dediyinə görə Suqmayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 27-də X3 oğlu Ərizəçi ilə birlikdə ölən günə qədər br yerdə yaşayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 86-da qardaşı yaşayır. Həmin mənzilin miras əmlak kimi qardaşının adına rəsmiləşdirilməsinə onun və bacısının etirazları yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2.) Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1.). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1.1.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (1255.). Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (1318.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır (307.2.9.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (311.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 86 X2 mülkiyyətində olmuşdur. Ərizəçi Nazlı Hüseynovanın oğlu olmaqla, onun birinci dərəcəli vərəsəsidir. Ərizəçi Nazlı Hüseynovanın ailə üzvü kimi həmin mənzildə yaşamış və hal-hazırda da həmin mənzildə yaşayır. Mənzinin mirs əmlak kimi ərizəçinin adına rəsmiləşdirilməsi ilə bağlı Nazlı Hüseynovanın digər vərəsələri tərəfindən etiraz yoxdur. Bu səbəbdən ərizə təmin edilməli Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26, mənzil 86-nın miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X1 miras qalmış Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26da yerləşən 86 saylı mənzilin (köhnə mənzil 27) ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar