Məhkəmə qərarları › İş №2(060)-2721/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2721/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2721/2020 02.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X2 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, X2 cavabdehlər Cavabdeh və X15 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1996-cı il təvəllüdlü X27, 21 06.1959-cu il təvəllüdlü X36, xx.xx.1975-ci il təvəllüdlü X28, xx.xx.1956-cı il təvəllüdlü X6, 24 07.1956-cı il təvəllüdlü X16, xx.xx.1971-ci il təvəllüdlü X23 xx.xx.1997-ci il təvəllüdlü X17, xx.xx.1985-ci il təvəllüdlü X24, xx.xx.1989-cu il təvəllüdlü X29 və xx.xx.1970-ci il təvəllüdlü Seyfullayeva iradə Nağı qızı, həmçinin onların azyaşlı uşaqları xx.xx.2004-cü il təvəllüdlü Məmmədov İslam, xx.xx.2004cü il təvəllüdlü X25, xx.xx.2010-cu il təvəllüdlü X30, xx.xx.2008-ci il təvəllüdlü X31, xx.xx.2014-cü il təvəllüdlü X37, cavabdeh X8 övladları - xx.xx.2007-ci il təvəllüdlü X26, xx.xx.2009-cu il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X32, xx.xx.2015-cı il təvəllüdlü X19 cavabdeh X10 övladları - 29.01 2004-cü il təvəllüdlü X33 və xx.xx.2007-ci il təvəllüdlü X11 Sumqayıt şəhəri, Kotec qəsəbəsi 12-ci məhəllə 104 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehlər xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1996-cı il təvəllüdlü X27 və onların övladı xx.xx.2003-cü il təvəllüdlü X12 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə 104 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 104 saylı evi şəxsi vəsaiti hesabına xx.xx.2020-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh alaraq əldə etmişdir. Lakin hal-hazırda məlum olmuşdur ki, sözügedən evdə əvvəllər həmin ünvana qeydiyyata alınmış şəxs - xx.xx.1971-ci ıl təvəllüdlü Cavabdeh, 24 01.1996-cı ıl təvəllüdlü X27 və onların övladı xx.xx.2003-cü il təvəllüdlü X34 formal olaraq pasport qeydiyyatında qalmışlar. Hal-hazırda cavabdehlərın Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 104 saylı evdə heç bır əmlakları və həmin evlə əlaqələləri olmasa da, formal şəkildə pasport qeydiyyatında qalmışlar. Cavabdehlərin qeydiyyatda qalmaları, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarını tam həyata keçirməyinə maneə yaradır. Belə ki. əgər cavabdehlər həmin mənzildə qeydiyyatda qalacaqlarsa, əsassız olaraq mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olacaqdır. Bundan əlavə gələcəkdə öz mənzilini kiməsə bağışlamaq və ya satmaq istəsə bununla bağlı da problemlər yarana bilər. Ona görə də belə qənaətə gəlmişdir ki, cavabdehlərin həmin evdən istifadə etmək hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlərlə heç bir əlaqəsi olmadığından və onların yaşadıqları yeri də bilmədiyindən, ona məxsus evdən qeydiyyatdan çıxmalarını tələb edə bilmir. Nəticədə hüquqları qanuna zidd olaraq məhdudlaşır. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X13 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 13 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, X3 şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 104 saylı evi 25000 (iyirmi beş min) manata Cavabdeh almışdır. Həmin müqavilənin13-cübəndinə görə satıcı xx.xx.2020-ci il tarixədək satdığı evdən qeydiyyatdançıxmağıöhdəsinə götürmüşdür. İşdə olan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 104 saylı ev xüsusi mülkiyyət hüququ üzrə X7 adına **********82-10301 daşınmaz əmlakın reyestr nömrəsinə əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh, X27 və onların övladı X4 şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, ev 104 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçı X3 şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 104 saylı evi xx xxxxxx 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə əldə etmiş, sonradan həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ qazanmışdır. Mənzil satıldıqdan sonra əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili X5na təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması X2 göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh, X13 və onların övladı xx.xx.2003-cü il təvəllüdlü X12 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 104 saylı evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X13 və onların övladı xx.xx.2003-cü il təvəllüdlü X12 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 104 saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar