Məhkəmə qərarları › İş №2(060)-2742/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2742/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2742/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 1931-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində doğulmuşdur. Doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda valideynlərindən ona qalan miras məsələsini həll etmək üçün doğum haqqında şəhadətnaməni bərpa etmək lazımdır. Arxiv sənədlərini almaq Respublika arxiv mərkəzinə və Maraqlı şəxsnə müraciət etsə də sənəd aşkarlanmamışdır. Ona görə də hüquqi əhəmiyyətli olan fakt məhkəmə yolu ilə müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmədən Ərizəçi 1931-ci ildə Sumqayıt şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərkən, yəni doğum akt qeydi bərpa edilərkən, yəni doğum haqqında şəhadətnamədə onun adının “Ərizəçi”, doğum tarixi “xx.xx.1931-ci il”, doğulduğu yer “Sumqayıt şəhəri”, ata qrafasında “X1” ana adı qrafasında “X3” qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ərizəçi orta təhsili bitirdikdən sonra, texnikuma daxil olmuş, texnikumdan sonra isə ali məktəbə daxil olmuş, dövlət qulluğunda işləmişdir. Hazırda ondan doğum haqqında şəhadətnamə tələb olunur. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X4 ifadəsində bildirdi ki, Ağakərim onun əmisidir. 1931-ci il tarixdə anadan olmuşdur. Ay və günü xatırlamır. Ərizəçinin anasının adı Xədicə olmuşdur. Atasının adı isə Xanbaba olmuşdur. Onun atasının da doğum haqqında şəhadətnaməsi olmamış, 2001-ci il tarixdə rəhmətə getmişdir. Onun atası və əmisi, iki qardaşdırlar. X5 ifadəsində bildirdi ki, ərizəçi ilə həm qohumluq əlaqələri var, həm də qonşudurlar. Ağakərim onun atası ilə qonşuluq etmişdir. Ərizəçi təxmin edir ki, 1931-ci illərdə anadan olmuşdur. İki qardaş olmuşdurlar. Atasının adı Xanbaba, əmisinin isə Ağakərim olmuşdur. İş materiallarında olan: Azərbaycan Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Ərizəçi verilmiş 210/1 nömrəli, 24 fevral 2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 5,6 kalibrli, “Toz-17” markalı, 12531 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququ vardır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1931-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Qeydiyyat ünvanı kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 20 ünvanı göstərilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli, 3-16-5/8-337/69 nömrəli arayışdan görünür ki, 1931-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhər Corat qəsəbəsində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-16-5/7-1590/69 nömrəli arayışdan görünür ki, Xədicə Almas qızı 1970-ci ildə ölmüşdür. Ölüm haqqında 09 avqust 2019-cu il tarixli, 163 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi, məhkəmə qətnaməsi əsasında, öldüyü yer isə Sumqayıt şəhəri göstərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi faktı müəyyən edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 1931-ci il, doğulduğu yer Sumqayıt şəhəri qeyd olunmalı, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1931-ci il”, doğulduğu yer “Sumqayıt şəhəri”, atasının adı qrafasında “X1”, ana qrafasında “X3” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 1931-ci il tarixdə Sumqayıt şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1931-ci il”, doğulduğu yer “Sumqayıt şəhəri”, atasının adı qrafasında “X1”, ana qrafasında “X3” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar