Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2749/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək, Cavabdeh2 cavabdeh sırasından çıxarılmasını və Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil N otaqdan ibarətdir. Ona hərbi hissənin işçisi kimi ailə vəziyyəti nəzərə alınaraq 20.10.2020-ci il tarixli 220 saylı kirayə müqaviləsinə əsasən həmin mənzil yaşamaq üçün verilmişdir. O, ailə üzvləri il həmin mənzildə yaşayır. Cavabdeh1 və onun mərhum qardaşı qızı 2010-cu il təvəllüdlü Cavabdeh2 mənzili tərk etdikləri halda həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər daimi olaraq mənzildən köçdükləri üçün onların mənzilə istifadə hüquqularına xitam verilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı hərbi qarnizonunun 12.03.1985-ci il tarixli orderindən görünür ki, mübahisəli mənzil X1 verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsinin 11.02.2021-ci il tarixli 231 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilində Cavabdeh1 qeydiyyatdadır və həmin ünvanda yaşamır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsinin 03.02.2021-ci il tarixli 183 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilində yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsinin 03.02.2021-ci il tarixli 184 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilində qeydiyyatda olan İddiaçı 01.02.2021-ci il tarixinə mənzil haqqı və məişət tullantılarının daşınmasına görə borcu yoxdur. - 20.10.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, mülki qulluqçu İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzili yaşamaq üçün verilmişdir. - Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 17.08.2020-ci il tarixli aktından görünür ki, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 16, mənzil 65 ünvanında yaşayan Cavabdeh1 başqa ünvana köçməsi ilə əlaqədar hal-hazırda F.Qayıbov küçəsi, ev 16, mənzil 65 ünvanındakı xidməti mənzili könüllü olaraq Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsinin balansına geri verilmişdir. Qeyd olunanları Komissiyanın sədri Şafaat Əlaslanov, Komissiyanın üzvləri Arif Bəşirov, Qızxanım Məmmədova və Cavabdeh1 öz imzaları ilə təsdiq etmişdir. - İşdə olan iltizamdan görünür ki, mülki qulluqçu İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzili xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.11-ci və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) şərtsiz H.Zeynalabdin rayon MİH-nə müqavilənin 2.4.6-cı bəndinə uyğun olaraq yararlı vəziyyətdə təlvil verəcəyi barədə iltizama imza etmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilində pasport qeydiyyatındadırlar. - 26.04.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı qiyabi qətnamə qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20.10.2020-ci ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzili mülki qulluqçu İddiaçı yaşamaq üçün verilmişdir. Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 17.08.2020-ci il tarixli aktına əsasən həmin tarixdə Cavabdeh1 başqa ünvana köçməsi ilə əlaqədar hal-hazırda F.Qayıbov küçəsi, ev 16, mənzil 65 ünvanındakı xidməti mənzili könüllü olaraq Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin balansına geri verilmişdir. Cavabdehlər daimi olaraq mənzildən köçmüşdürlər. Mübahisəli əmlak 12.03.1985-ci ildə orderlə xidməti yaşayış üçün X1 verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi verilə bilən işçilərin kateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Bu Məcəllənin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzilin icarədarı və onun ailə üzvləri 6 aydan artıq müddətdə mənzili başqa ünvana köçmələri ilə əlaqədar könüllü tərk etdiklərindən cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233, 234-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 16 saylı evin, 65 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2749/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2749/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver