Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-275/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" QSC, X18 və Sumqayıt Şəhər Bələdiyyəsi) qarşı “torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və övladları X5, X1, X2, X3, X9, X4 onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəyişiklik edərək Azərbaycan Dəmir Yolları QSC-ti tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ADDY tərəfindən xx.xx.1979-cu ildən ona torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi tikdirmişdir. Həmin evdə bir müddət ailəsi ilə birgə yaşasa da, daha sonra evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayə vermişdir. Lakin cavabdehlər uzun müddətdir ki, evin kirayə haqqını ona ödəmirlər. Dəfələrlə kirayə haqqını ödəmədikləri üçün evdən çıxarılmalarını tələb etsə də, onlar bu tələbini yerinə yetirməyiblər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə təqdim etdiyi Sumqayıt Şəhər Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin aktı aşağıdakı kimidir: Azərbaycan Dəmiryolları QSC tərəfindən İddiaçı 8 sot torpaq sahəsi ayrılmış, hazırda həmin torpaq sahəsi Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Həmin torpaq sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, 2014-cü ilin mart ayından Azərbaycan Dəmiryolları QSC tərəfindən ona əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində aşağıda qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır: Cavabdeh1 (ailə başçısı) AZE ********, Cavabdeh2 (həyat yoldaşı) AA 3007844, X5 (qızı) AZE 11766168, X1 (qızı) AZE 11766171, X2 (qızı) AZE 11766219, X3 (oğlu) AZE 11766167, X11 (qızı) AZE 11766172, X10 (qızı) AZE ********. "xxxx" QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə aldığı imtina məktubu aşağıdakı kimidir: Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən onlara ayrılmış torpaq sahəsinə aidiyyatı qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı- Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 mdən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”-nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqqayırma normaları”-nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Qeyd edilmişdir ki, təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə sizə ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edilə bilər. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir. ADDY-nin xx.xx.2001-ci il tarixli, P- 8711 nömrəli sənədi aşağıdakı kimidir: Mövcud dövlət qurumları əsasında və yol rəisinin xx.xx.1979-cu il əmrin çərçivəsində 29 saylı dəmir yolun altında dəmir yoluna məxsus torpaq sahəsi olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY. Pirşağı-Sumqayıt mənzilinin 45 km pk 3+60 m-dən pk 3+85m kimi artımı istiqamətində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ-bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 2009-cu il tarixdə evi tikməyə başlamış və 2011-ci il tarixdə tikintini bitirmişdir. Daha sonra onun böyük qızı vəfat etmiş, onun uşaqlarına baxmağa başlamış, bu səbəbdən də evə gedib-gəlməmişdir. Maklerlərə tapşırmış və bir rus nəfəri tapmış, o isə anası ilə bir il yarım müddətə yaşamışdır. Daha sonra xanım xəstə olduğu üçün getmişlər. Daha sonra evlə bağlı problemlər yaşadığı üçün maklerə müraciət etmiş, makler isə hal-hazırki cavabdehləri gətirmişdir. İddiaçı evi öncə 120 manata kirayə vermiş, daha sonra isə sərf etmədiyi üçün 300 manat kirayə haqqını artırmışdır. 120 manat kirayə haqqını bir il müddətinə ödəmişdir. O da onun qapısına getmiş və ona demişdir ki, benzin ilə onu yandıracaqdır. Ondan sonra isə ünvana getməmişdir. 10000 manat isə iddiaçıda qalmışdır. Həmin məsələdən sonra yeddi, səkkiz il keçmiş, heç bir ödəniş etməmişlər. Həmin torpağın ona aid olduğunu təsdiq edən sənədlər vardır. Ona 7 sot torpaq sahəsi verilmiş, lakin o 4 sot yarım sahədə torpaq sahəsi tikdirmişdir. Torpaq sahəsi altı sotdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uzun müddətdir ki, məhkəmə prosesi davam edir. Hamıya məlumdur ki, ev Dilrubə xanıma məxsusdur. Cavabdeh tərəf özü etiraf etdi ki, ev Dilrubə xanımındır. Qarşı tərəf evi almağı barədə alqı-satqı müqaviləsi gətirməli idi ki, həqiqətən ev alınmışdır. Dilrubə xanım evi kirayəyə vermişdir. Evi almaqları barədə sənəd gətirməli və həmin sənədi mübahisə etməli idilər. Lakin qarşı tərəfdə elə bir sənəd yoxdur. Cavabdeh tərəf evin haqqını uzun müddət ödəmədiyi üçün iddiaçı həmin şəxslərin evdə yaşamasına razı deyildir. Belə ki, cavabdeh tərəfin həmin evə heç bir hüququ yoxdur. Hər iki tərəf razılığa gəlmişdir ki, əgər ev satılırsa 37000 manata alsınlar. İddiaçı isə cavabdehə çox uşaqlı olduğu üçün 25000 manata razı olmuşdur. Qarşı tərəf isə 10000 manatı verikdən sonra demişdir ki, qalan məbləği ödəyəcəkdir. Daha sonra isə onu aldatmağa başlamışlar İddiaçını aldatmışlar. İddiaçının üzərinə düşmüşlər ki, torpaq onlarındır. İddiaçıdan isə 5700 dollar pul alınmışdır. Ayrıca icraat qaydasında bunu mübahisələndirəcəkdirlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" QSC-nin nümayəndəsi iştirak etməli və iki sənədə aydınlıq gətirməli idi. Səs yazıları vardır. Orada isə qeyd olunur ki, hissə-hissə on min manat pul və bütövlükdə on min pul alınmışdır. 25000 manata razılaşılmış, 20000 manat pul vəsaiti ödənilmiş, 5000 manat pul vəsaiti isə qalmışdır. Əgər o evi almasa idilər, evin üzərinə o qədər xərc qoyub evi remont etməzdilər. Mənzilə girib yaşamaqlarını təsdiq edir. Bildirir ki, 5000 manat borcları qalmışdır. 5000 manat məbləğdə isə razılaşma olmuşdur ki, hissə-hissə ödəniləcəkdir. Ödənilən vaxtda isə iddiaçı demişdir ki, evdən çıxsınlar. Evin iddiaçının olduğunu təsdiq edirlər. Belə ki, bu işin mübahisəsiz halıdır. Əgər on min məbləğində vəsait ona hissə-hissə verilməsəydi iddiaçı onları beş il həmin mənzildə yaşamağa icazə verməz idi. Pul məbləği ilə bağlı ayrıca icraat qaydasında müraciət edəcəkdirlər. Evin təmirinə on min manat xərc çəkmişlər. Torpaq bütünlüklə Camalın olmuş, daha sonra 7 sot torpaq sahəsini iddiaçıya satmış, evi də elə tikmişdir ki, onun bir hissəsi Camalın torpaq sahəsinə düşmüşdür. Mübahisəli torpaq sahəsini isə Əliqismət ona görə almışdır ki, evi Dilrubə xanımdan aldığı və həmin evin bir hissəsinin digər torpaq sahəsinə düşdüyü üçün həmin torpaq sahəsini də 2020-ci il tarixdə almışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkilin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, sonuncu 10000 manatı, yəni bütövlükdə 20000 manatı 2021-ci ilin mart ayının 18-i vermişdir. Üç və yaxud dörd ay sonra iddiaçı gəlmişdir ki, yerdə qalan 5000 manat məbləği də versinlər. Onlar isə demişdir ki, hal-hazırda imkan yoxdur. Bir müddət özlərini toparlamaq üçün vaxt versinlər. İddiaçı isə sonra ümumiyyətlə demişdir ki, ona heç bir vəsait verilməmişdir. Evin qiymətini 25000 manata razılaşmışlar. 2014-cü il tarixdən 2015-ci il tarixə qədər il ərzində 120 manat ödəməklə kirayə yaşamışlar. 2015-ci il tarixdən 2020-ci il tarixə qədər hissə-hissə on min manatı ödəmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında bildirdi ki, 2005-ci il tarixdə maklerlərin köməyi ilə evi Dilrubə xanıma satmışdır. Həmin torpaq sahəsi onun atasında qalmış və ümumillikdə 24 sot torpağı olmuşdur. Lakin sənədləri olmamışdır. 7 sot torpağı Dilrubə xanıma satmışdır. Alınan məbləğin 500 dollarını maklerlərə vermişdir. Dəfələrlər gəlmişlər ki, torpaq sahəsi düz ölçülməmişdir. O isə qalan torpaq sahəsini yəni, 4 sotu Əliqismət müəllimə satmışdır. 15 noyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, o, tərəflərin təqdim etdiyi “Azərbaycan Dəmir Yolları QSC” tərəfindən verilmiş hər iki məktubla tanışdır. Lakin işə gec qoşulduğuna görə münasibət bildirə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Bələdiyyəsi və "xxxx" QSC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Bələdiyyəsi və "xxxx" QSC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 198896 nömrəli İddiaçı ünvanlanmış məktub ilə bildirilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları’nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmiryolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə iddiaçıya ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edilə bilər. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özələşdirilməsinə icazə verilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6827 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsinə göstərilənləri, o cümlədən İddiaçı ayrılmış torpaq sahəsinə dair sxem, çizgi, ayrı aktı və s. həmin sənədə əlavə edilmədiyini, həmçinin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmadığını nəzərə alaraq, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili torpaq sahəsinin iddiaçı tərəfin mülkiyyətinə ayrıldığını göstərmiş, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 isə evin iddiaçıya məxsus olduğunu və bunun işin mübahisəsiz hal olduğunu qəbul etmişdir. İş materiallarında olan fotoşəkillərdə tikili əks olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən tərtib olunmuş aktdan görünür ki, Azərbaycan Dəmiryolları QSC tərəfindən İddiaçı 8 sot torpaq sahəsi ayrılmış, hazırda həmin torpaq sahəsi Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Həmin torpaq sahəsinə baxış keçirilmiş məlum olmuşdur ki, 2014-cü ilin mart ayından Azərbaycan Dəmiryolları QSC tərəfindən ona əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində aşağıda qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır: Cavabdeh1 (ailə başçısı) AZE ********, Cavabdeh2 (həyat yoldaşı) AA 3007844, X5 (qızı) AZE 11766168, X1 (qızı) AZE 11766171, X2 (qızı) AZE 11766219, X3 (oğlu) AZE 11766167, X11 (qızı) AZE 11766172, X10 (qızı) AZE ********. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 198896 nömrəli İddiaçı ünvanlanmış məktub ilə bildirilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları’nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmiryolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə iddiaçıya ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edə bilərsiniz. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özələşdirilməsinə icazə verilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Gəncə şəhərində xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. 21 iyun 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt QİS arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 497 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesab əsasən ödəyir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən Cavabdeh1 Azərbaycan Respublikası, Saatlı rayonu, Krasnoselski kəndində xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. Saatlı rayonu, Qara Nuru kəndində yaşayır. İş materiallarında olan ADDY. “Yol xidmətinin rəisi” tərəfindən İddiaçı ünvanlanmış məlumatdan görünür ki, mövcud dövlət qanunları əsasında və yol rəisinin 03 aprel 1979cu il tarixli əmrin çərçivəsində 29 saylı dəmir yolunun altında dəmir yoluna məxsus torpaq sahəsini olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY. Pirşağı- Sumqayıt mənzilinin Sumqayıt sərnişin mənzilinin 45 km 45 km pk 3+60 m-dən pk 3+85 m kimi artımı istiqamətində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan 16 dekabr 2005-ci il tarixli aktdan görünür ki, X19 o, İddiaçı, 7 (yeddi) sot ona məxsus olan bağ sahəsindən satmışdır. 5 (beş min) 700 (yeddi yüz) ABŞ dollara satmışdır. İddiaçı, X12, X21, X24, X20 imza çəkmişlər. İş materiallarında olan razılaşmadan görünür ki, X18 (AZE********) özünə məxsus torpağı 8000 (səkkiz min manat) məbləğində Cavabdeh1 satmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-275/2023 saylı qərardadından görünür ki, hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertizanın rəyi alınanadək mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 10/3810 nömrəli tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, qərardadla eskpert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının, mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 01 iyun 2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətin verildiyi tarixdən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, müvafiq mütəxəssis rəyi mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”-ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(060)-275/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs X13 qarşı torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi, işin məhkəmə baxış iclasının 07 avqust 2023-cü il tarixə, saat 11:40-a təyin edilməsi və tərəflərə bu barədə məlumatın verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(060)-275/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs X13 qarşı torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(060)-275/2023 saylı qərardadında “məhkəmə baxış iclası 07 avqust 2023-cü il tarixə, saat 11:40-a təyin edilsin” sözləri “məhkəmə hazırlıq iclası 07 avqust 2023-cü il tarixə, saat 11:45-ə təyin edilsin” sözləri kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 3-21-31/2-1489/2023 nömrəli torpaq sahəsinin faktiki koordinatların təyin olunması barədə məktuba cavabdan görünür ki, mütəxəssis rəyinin hazırlanması və faktiki koordinatların yerində təyin olunması üçün baxış vaxtının təyin edilməsi onlar tərəfindən təmin olunduğu təqdirdə torpaq sahəsinə idarənin mühəndisi X6 iştirakı ilə yerində baxış keçiriləcəkdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Sumqayıt Regional bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-1/2-2017/2023 nömrəli sorğuya cavabdan görünür ki, qeyd edilən məsələ ilə əlaqədar araşdırma aparılmış və İddiaçı ADY-də işləməsi, habelə ona torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd aşkar olunmamışdır. Qeyd edirəm ki, dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən bostan və tərəvəz becərilməsi, eləcə də örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərin qısamüddətli istifadəsinə verilə bilər. Sözügedən qərar qüvvəyə minənədək isə dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələri dəmiryolçuların müddətsiz istifadəsinə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına uyğun olaraq Azərbaycan Dəmir Yolunun xx.xx.1979-cu il tarixli 29 nömrəli əmri əsasında bostan və tərəvəz becərilməsi, örüş və ot çalını məqsədləri üçün verilirdi və bu barədə onlara məktublar göndərilməklə müvafiq rəsmiləşdirmə aparılırdı. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(060)-275/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X18 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları tələbinə dair mülki iş üzrə işin baxılma müddətinin 2 ay uzadılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(060)-275/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər X18 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri bağ təsərrüfatı rəisi Xasayev Z.M yoldaşa ünvan 3 ünvanında yaşayan Həşimova S.R tərəfindən ünvanlanmış ərizədən görünür ki, 2488 nömrəli bağa 1975-ci il tarixdən baxır. Orada ağaclar əkmiş, abadlaşdırmış və quyu qazmışdır. Xırda daşlardan tökmə ev tikmişdir. Həmin torpaq sahəsinin onun adına yazılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 01 avqust 2023-cü il tarixli, 3-21- 3-31/2-2554/2023 nömrəli mübahisəli torpaq sahəsi haqqında məlumatların təqdim olunması barədə məktuba cavabdan görünür ki, müraciətdə qeyd olunan daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, iddiaçı tərəfindən yerində texniki baxış zamanı göstərilən daşınmaz əmlakın koordinatları və ortofoto qoşma faylda təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6827 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat Sumqayıt ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəsssis rəyində olan məlumatlara əsasən aparılır. Mülki iş materiallarının 16-cı səhifəsində yer alan xx.xx.2001 ADDY-in “Yol xidmətinin rəisi” T.H.Həsənovun imzası ilə təsdiq olunmuş sənəddə aşağıdakılar qeyd olunmuşdur: Mövcud dövlət qanunları əsasında və yol rəisinin 03 aprel 1979-cu il tarixli əmrin çərçivəsində 29 saylı dəmir yolunun altında dəmir yoluna məxsus torpaq sahəsini olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY. Pirşağı- Sumqayıt mənzilinin Sumqayıt sərnişin mənzilinin 45 km 45 km pk 3+60 m-dən pk 3+85 m kimi artımı istiqamətində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən sənəddə 8 sot torpaq sahəsinin İddiaçı ayrıldığı qeyd olunmuşdur. Lakin tədqiq olunan torpaq sahəsinin planlı yerləşməsinə dair sxem, cizgi, ayrıc aktı və s. həmin sənədə əlavə edilməmişdir. Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tədqiq olunan əraziyə baxış keçirilmiş və tərtib olunan xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2554/2023 nömrəli məktuba əlavə olunmuş sxemdə mübahisəli torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: X=392458.4650, Y=4490688.8347, X=392458.7272, Y=4490688.4630, X=392460.0200, Y=4490684.3820, X=392461.8735, Y=4490678.6733, X=392462.4062, Y=4490675.9099, X=392462.7072, Y=4490673.4258, X=392462.8779, Y=4490669.3175, X=392461.7720, Y=4490667.4093, X=392458.3334, Y=4490665.7058, X=392452.3581, Y=4490663.3624, X=392443.5123, Y=4490660.2897, X=392440.4671, Y=4490660.4064. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2554/2023 nömrəli məktubunda müraciətdə qeyd olunan daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmadığı göstərilmişdir. Beləliklə qərardadın birinci, ikinci və üçüncü sualları ilə bağlı yuxarıda göstərilənləri, o cümlədən İddiaçı ayrılmış torpaq sahəsinə dair sxem, cizgi, ayrıc aktı və s. həmin sənədə əlavə edilmədiyini, həmçinin həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmadığını nəzərə alaraq, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Rəyin tədqiqat hissəsinə göstərilənləri, o cümlədən İddiaçı ayrılmış torpaq sahəsinə dair sxem, çizgi, ayrı aktı və s. həmin sənədə əlavə edilmədiyini, həmçinin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmadığını nəzərə alaraq, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X18 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Göründüyü kimi, qanunun qeyd olunan qanunun tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. İnşa olunmuş tikili İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, müəyyən olunmuş məsafə daxilində təhkim zоlağında оlduğu müəyyən еdilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsicavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir. Cavabdehin iddiaçı tərəfindən inşa edilmiş mənzildə tərəflərin bildirdiklərinə əsasən işin mübahisə edilməyən halı olaraq ödədiyi məbləğ və mənzildə yaşayarkən təmir və bərpa xərclərinin tələb etmək hüququ məhkəmə müdafiəsindən istifadə imkanından məhrum etməyərək, iddia tələbi ilə vurulmuş zərərin ödənilməsi ilə müraciət etmək imkanından məhrum etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X5, X1, X2, X3, X9, X10 ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X5, X1, X2, X3, X9, X10 ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 mdək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-275/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-275/2023
24.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver