Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2769/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı X3 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 13/1 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması mülkiyyət hüquqlarının pozulması və məhdudlaşdırılması ilə nəticələnir. Hal-hazırda cavabdehin öz yaşadığı mənzil var, mövcud vəziyyətdə Ona məxsus mənzildə qeydiyyatda qalmasına dair heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ona məxsus Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 5-ci mikrorayonda 13/1 saylı evin 10 saylı mənzilinə olan istifadə hüququ itirilmiş və pasport qeydiyyatından çıxarılmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ona məxsus Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 5-ci mikrorayonda 13/1 saylı evin 10 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçı X1 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* N-li arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qız xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzili iddiaçı X1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 394 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş miras payın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilindən ona düşən payı qardaşı X2 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* N-li arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, forma 2 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri, 5ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır, lakin yaşamır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh mübahisəli Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamır, cavabdehin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 evin 10 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamır. Cavabdehin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır və mənzilə olan istifadə hüququnu itirmişdir. Cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının mənzilə dair hüquqlarından tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13/1 saylı evin 10 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2769/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2769/2021
17.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver