Məhkəmə qərarları › İş №2(060)-2785/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2785/2022

25.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2785/2022 25.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları-11.12.2005-ci il təvəllüdlü X1 və 01.01.2008-ci il təvəllüdlü X5 qızının ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-də yerləşən yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh isə onun qardaşıdır. Məhkəməyə müraciət etməyinin səbəbi budur ki, cavabdeh ailəsi ilə birgə 2003-cü ildən bu mənzildə yaşamır, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 27, mənzil 12-də yaşayırlar. Lakin cavabdeh və onun 11.12.2005-ci il təvəlüdlü Fatimə və 01.01.2008-ci il təvəllülü Röya adlı uşaqları ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Onlara etdiyi xəbərdarlıqlara baxmayaraq mənzilindən qeydiyyatdan çıxmırlar. Mənzil hazırda DƏDRX Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.09.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarışa əsasən onun adına şəxsi mülk kimi qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 26 aprel 2022-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatından bildirmişdir ki, iddianı qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 6A saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində 19.09.2018-ci il tarixdə qeydə alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKT İB-nin 13 saylı MKS-nin verdiyi 201 saylı, 15.03.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları- 11.12.2005-ci il təvəlüdlü X2 və 01.01.2008-ci il təvəllüdlü X5 qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 6A nömrəli evin 12 saylı mənzilində yaşamırlar. Cavabdeh iddianı etirafa dair məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək qardaşı İddiaçı ona və yetkinlik yaşına çatmayan uşaqları Röya Şahbazova və Fatimə Şahbazovaya qarşı “mənzilə istifadə hüququnun itirilməsinə dair” iddiasını qəbul etdiyini və ünvan 1 ünvanına istifadə hüquqlarının itirilməsinə razı olduğunu göstərmişdir. Beləliklə, işin hallarından göründüyü kimi iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə cavabdeh və yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüquqlarının itirilməsini tələb edir. Cavabdeh iddianı etiraf etdiyinə dair məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyəgələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları-11.12.2005-ci il təvəllüdlü X2 və 01.01.2008-ci il təvəllüdlü X5 qızının Sumqayıt şəhəri, 6-cı mikrorayon, 6A nömrəli evin 12 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları-11.12.2005-ci il təvəllüdlü X1 və 01.01.2008-ci il təvəllüdlü X5 qızının ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar