Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2789/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Çerkassı küçəsi, 11 a mikrorayonu ərazisində 7-ci sırada yerləşən 24 kvadrat metr sahəsi olan daş qarajın sahibliyində və istifadəsinə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 7.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb alınmadığı aydınlaşdırılmalıdır. Həmin qərarın 7.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Ərizəçi Sumqayıt şəhəri, Çerkassı küçəsi, 11 a mikrorayonu ərazisində 7-ci sırada yerləşən 24 kvadrat metr sahəsi olan daş qarajın sahibliyində və istifadəsinə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qeyd edilən əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olmasını və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmamasını ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Sumqayıt şəhəri, Çerkassı küçəsi, 11 a mikrorayonu ərazisində 7-ci sırada yerləşən 24 kvadrat metr sahəsi olan daş qarajın sahibliyində və istifadəsinə olması faktının müəyyən edilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin həmin ərizəyə görə xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Ərizəçi İddiaçı Sumqayıt şəhəri, Çerkassı küçəsi, 11 a mikrorayonu ərazisində 7-ci sırada yerləşən 24 kvadrat metr sahəsi olan daş qarajın sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi İddiaçı xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu İddiaçıgeri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2789/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2789/2024
19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver