Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-279/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı «uşağın doğum faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Səbuhinin xx.xx.2012-ci ildə ünvan 1 ünvanda doğulma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 2011 -ci ildə X4 ilə ailə həyatı qurmuşdur. Bu fakitiki nikahlarından xx.xx.2012-ci ildə ünvan 2 ünvanda Səbuhi adlı 1 -ci oğlu, xx.xx.2020-ci il tarixdə isə 2-ci oğlu Söhrab anadan olmuşdur. Hal-hazırda onlar Raqiflə kiçik uşaqları Söhraba atalığı müəyyən etdikdən sonra doğum haqqında şəhadətnamə alsalar da, böyük oğlu Səbuhi evdə doğulduğundan ona doğum haqqında şəhadətnamə ala bilmirlər. Mən bu yaxınlarda böyük oğlu Səbuhiyə doğum haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin Qeydiyyat şöbəsi tərəfindən 20.09,2021 -ci il tarixli, 05/Q-139-76 saylı cavab məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş oğlan uşağının doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Qeyd etmək istəyir ki, o, uşaq doğulduqdan sonra Raqiflə bir müddət ayrıldıqlarından böyük oğlu Səbuhiyə doğum haqqında şəhadətnaməni ala bilməmişlər. Bu səbəbdən də böyük oğlu Səbuhinin doğum haqqında şəhadətnaməsi yoxdur. Hal-hazırda oğlunun doğum haqqında şəhadətnaməsi ümumiyyətlə sənədi olmadığından onu hətta məktəbə göndərə bilmir. Hazıra oğlu Səbuhinin doğum haqqında şəhadətnaməsini ayrı qaydada ala bilmir. Oğlu Səbuhinin evdə doğulması faktının müəyyən edilməsi doğum haqqında şəhadətnamə alınması, atalığın müəyyən olunması, uşağın sənədlərinin olması, məktəbə getməsi, ərazi üzrə uşaq poliklinikasında qeydiyyat alınması və sair məqsədlər üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, oğlu Səbuhinin xx.xx.2012-ci ildə ünvan 1 ünvanda doğulma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, məktubundan görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş oğlan uşağının doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İV, №579422 saylı, xx.xx.2021-ci il tarixli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında “Nuriyev Raqif söhrab oğlu” ana qrafasında “Ərizəçi” kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 471488 saylı, xx.xx.2021-cı il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah xx.xx.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və sonuncuya “Nöbərova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən, Nöbərova (Nuriyeva) Təranə Əbdülvahab qızı və X4 olan cütlükdən ekspertizaya təqdim edilmiş Səbuhi adlı uşağın törənməsi mümkündür. Belə olan halda Nöbərova (Nuriyeva) X2 adlı uşağın anası, X4 isə atası ola bilər. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X4 qeyri-rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 11 dekabr 2012-ci il təvəllüdlü Səbuhi adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu ıl tarixli. 03 saylı Qəraraınm 4.3-bəndinə əsasən: Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı. atasının adı. uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi oğlu Səbuhi adlı oğlan uşağının xx.xx.2012-ci ildə ünvan 1 ünvanda doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi oğlu Səbuhi adlı oğlan uşağının xx.xx.2012-ci ildə ünvan 1 ünvanda doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-279/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-279/2022
19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver