Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2794/2020 04.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon X1 xx xxxxxx 1999-cu il tarixli, 115 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş JN-5xx xxx 30316018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının ona yəni, Muradova (Amili) Həmidə İbrahim qızına məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon X1 xx xxxxxx 1999-cu il tarixli, 115 nömrəli qərarı ilə onlara, yəni X2, X6, X5, X3 və X8 JN-5xx xxx 30316018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda onun adı “X9” əvəzinə, səhvən “X10” kimi qeyd olunmuşdur. Adına verilmiş doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində adı “Həmidə” kimi qeyd olunmuşdur. Dövlət aktında səhvən “Həmilə” kimi qeyd olunmuşdur. O, xx xxxxxx 2003-cü ildə X4 ilə nikahlarını rəsmiləşdirdikdən sonra ona “Muradova” soyadı verilmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar həmin aktda yanlış qeyd olunmaya görə sənədləşmə işi apara bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: JN-5xx xxx 30316018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı “X10” olaraq göstərilmişdir. AZE seriyalı, 18594271 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Quba rayonu, Zərdabi kəndində doğulmuşdur. İX-JQ seriyalı 316407 saylı doğum haqqında şəhatədnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1983-cü ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuşdur, atası X7, X11r. AZ-İ seriyalı 074977 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X9 arasında xx.xx.2003-cü il tarixdə 1265 №-li akt qeydi ilə nikah bağlanmış, qadına Muradova soyadı verilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçinin adı ona məxsus dövlət qeydiyyatı aktlarında “Həmidə” kimi qeyd olunmasına baxmayaraq, JN-5xx xxx 30316018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında səhvən “Həlimə” kimi qeyd olunmuşdur və yanlışlığın yol verdiyi dövlət aktı hüquq müəyyənedici sənəddir və hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən dövlət aktında ərizəçinin adı səhv (Həlimə) göstərildiyindən, həmin dövlət aktı hüquqmüəyyənedici sənəd olduğundan, səhvin düzəldilməsindən aktı tərtib edən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin səhvin düzəldilməsinin başqa qaydası müəyyən olunmadığından ərizə təmin edilməli, Quba rayon X1 xx xxxxxx 1999-cu il tarixli, 115 nömrəli qərarı ilə verilmiş JN-5xx xxx 30316018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş «X10»nın xx.xx.1983-cü ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş Muradova (Amili) Həmidə İbrahim qızı olmaqla sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Quba rayon X1 xx xxxxxx 1999-cu il tarixli, 115 nömrəli qərarı ilə verilmiş JN-5xx xxx 30316018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş «X10»nın xx.xx.1983-cü ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş Muradova (Amili) Həmidə İbrahim qızı olmaqla sənədin ona məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2794/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2794/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver