Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2795/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.500 manat məbləğində pulun, 2000 manat mənəvi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 2018-ci ilin aprel ayında uzun illər tanıdığı Cavabdeh internetdə avtomobil alqı-satqısı saytında “Volksvagen” markalı avtomaşın bəyənib seçdiyini, həmin maşını almaq istədiyini, lakin bunun üçün maddi imkanının olmadığını bildirərək ondan maddi köməklik göstərməyini xahiş etmişdir. O da Mübarizin xahişini nəzərə alıb həmin avtomaşının Mübariz tərəfindən 4000 manata alınması ilə razılaşaraq, qazanc əldə etdikcə əlavə olaraq ona 2000 manat ödəmək şərti ilə sürmək üçün maşını etibarnamə əsasında Mübarizin istifadəsinə vermişdir. Yəni qarşılıqlı razılığa əsasən hər ay hissə hissə ödəməklə ümumilikdə 6000 manatı ona ödədikdən sonra həmin avtomaşın Mübarizin olacaqdı. Nəhayət sözügedən avtomaşın alınmış və Mübariz həmin maşını taksi kimi istifadə etməyə başlamışdır. Bir müddət sonra Mübariz ona bildirmişdir ki, maşının mühərrikində nasazlıq yaranıb təmiri üçün 1000 manat pul lazımdır. O, bildirmişdir ki, pulu yoxdur. Mübariz təkid etmişdir ki “başqa bir şəxsdən borc al ver mən sənə faizi ilə birlikdə qaytararam”. O, başqasından üstündə əlavə olaraq 500 manat qaytarmaq şərti ilə 1000 manat borc alıb Mübarizə vermişdir. Mübariz pulu vaxtında vermədiyi üçün o, borc aldığı həmin şəxsə 1500 manat qaytarmışdır. Sonradan Mübariz yenə də hissə hissə ondan maşının təmiri adı ilə cəmi 500 manat pul almışdır. Sonra Mübariz həmin maşının mühərrikini təmir etdirib bir neçə ay istifadə etmiş və xərclərinin artıdğını deyərək 3500 manata satmış, həmin puldan 3000 manat ona vermiş, qalan 500 manatı isə borcuna verdiyini bildirmişdir. Beləliklə həmin vaxt Mübariz ondan aldığı 4000+1000+500=55xx xxxxxxxx 3000 manatı qaytarmış, 2500 manat pul isə Mübarizdə qalmışdır. Bundan sonra Mübariz yenə ona 1997-ci ilin buraxılışı olan “Opel-Astra” markalı avtomaşını 4000 manata almağı təklif etmişdir. Mübariz fikrini belə əsaslandırmışdır ki “Volksvagen” markalı avtomaşını istifadə etmək çox xərc tələb edir, lakin “Opel-Astra” markalı avtomaşını istifadə etmək sərfəlidir. O da Mübarizlə razılaşmış və Mübariz “Opel-Astra” markalı avtomaşının sahibi ilə onun yanına gəlmiş, onlar birlikdə DYP-nə getmişlər, orada həmin maşın onun adına keçirilmişdir. Bunun müqabilində o, yuxarıda qeyd etdiyi 3000 manatın üzərinə 1000 manat da əlavə edərək yenidən Mübarizə 4000 manat pul vermişdir. Həmçinin Mübarizə “Opel-Astra markalı avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. Bir müddətdən sonra Mübariz yenə də gəlib bildirmişdir ki, bu maşını da işlətmək olmur, xərci çoxdur. Belə olan halda o, cavabdehə demişdir ki, istifadə edə bilmirsənsə maşını qaytar. Lakin Mübariz onunla razılaşmayıb demişdir ki, “mən maşını qaytarsam qalan borcları sənə vermək üçün pulum yoxdur. Razılıq ver mən bu maşını satıb əvvəl işlədiyim mebel hazırlanan sexdə ili təzə olan “Opel- Astra” markalı avtomaşını alım işlədim sənin pullarını da qaytarım". O da Mübarizə inanıb razılıq vermişdir. Lakin o, sonuncu alqı-satqı prosesinin pul hissəsində iştirak etməmişdir. Mübariz özü köhnə “Opel-Astra” markalı avtomaşını ona dediyinə görə 3500 manata satmış, həmin vaxt onu notariusa çağırmış, o da gedib baş etibarnamə vermişdir. Lakin sonradan Mübariz söz verdiyi kimi ili təzə olan “Opel-Astra” markalı avtomaşını almamış və onun pullarını da qaytarmamışdır. Mübariz ümumilikdə ondan hissə-hissə 6500 manat pul almış, bundan 1500 manat pul qaytarmış, qalan 5000 manatı və 500 manat da faizə verdiyi pulu, cəmi 5500 manat pulu isə qaytarmamışdır. O da məcbur olub polis orqanlarına müraciət etmişdir. Lakin təhqiqatçı mübahisənin mülki xarakterli olmasını əsas gətirərək onun müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh təhqiqat zamanı veriyi izahatında da dəfələrlə iddiaçıdan aldığı pulları etiraf etmiş, lakin qaytarması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini əsaslı hesab edərək göstərdi ki, iddiaçı cavabdehə verdiyi pulu tələb edir. Cavabdeh aldığı pulu hissə-hissə qaytaracağı barədə öhdəlik götürsədə, bu öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa cavabdeh öz hərəkətləri ilə iddiaçıya maddi ziyanla yanaşı, mənəvi ziyanda vurmuşdur. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını, onun nümayəndəsini və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialın surətindən görünür ki, təhqiqat zamanı Cavabdeh vermiş olduğu izahatında göstərmişdir ki, İlqarla qonşuluqda yaşadığından uzun illərdir ki, onu tanıyır. 2018-ci ilin yay aylarında işsiz olduğundan İlqara avtomaşın alıb verməsini və həmin maşınla taksi fəaliyyəti ilə məşğul olub ona gündəlik olaraq icarə pulunu verməsini təklif etmişdir.İlqar isə onunla razılaşdıqda onlar internet satışı vasitəsilə Passat markalı avtomaşın tapıb həmin maşını İlqar 4000 manata alaraq avtomobili öz adına keçirməklə ona sürmək üçün etibarnamə vermişdir. Onlar avtomaşını aldıqdan bir neçə gün sonra maşının mühərriki xarab olmuşdur. Həmin ərəfələr onun və İlqarın hər ikisinin avtomaşınının təmir olunmasına görə xərcləri çıxmışdır. Belə ki, avtomaşına görə 1500 manat İlqar, o isə 600 manat pul xərcləmişdir. Daha sonra isə onlar həmin avtomaşını 3550 manata satmışlar. Sonra isə başqa bir maşın tapıb eyni qaydada İlqar öz adına alıb ona etibarnamə vermişdir. Lakin həmin avtomaşın da nasaz çıxdığından o, 400 manat pul xərcləmişdir. İlqara demişdir ki, işləri alınmır, gəl maşını sataq. İlqar ona avtomaşını satmaq üçün mülki etibarnamə vermişdir. O da həmin maşını 3550 manata satmışdır. O satmış olduğu avtomaşına görə İlqara 1000 manat pul vermiş və 2000 manatı isə özündə saxlayıb ona qaytaracağına söz vermişdir. Sonradan İlqar RF-na getdiyindən eyni zamanda onun maddi vəziyyəti yaxşı olmadığından İlqara olan borcunu qaytara bilməmişdir. Eyni zamanda pulun onda qalması ilə bağlı olaraq o, İlqara kredit şərtləri ilə avtomaşın alıb onun pulunu qaytaracağını bildirmişdir. O İlqara 2000 manat borcu olduğunu bildirmişdir. Ola bilsin ki, İlqar avtomaşına çəkmiş olduqları xərcləri də hesablayaraq həmin məbləğin üstünə gələrək ona 5500 manat pul verməli olduğunu bildirmişdir. Bundan başqa İddiaçı müraciəti əsasında toplanmış həmin materialdakı digər sənədlərdən və izahatlardan aydın olur ki, cavabdeh işin hallarında göstərilmiş xüsusatları təsdiq etmiş, lakin iddiaçıya borcunu qaytardığını, onun 2000 manat borcu qaldığını bildirmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin 2.000 manat məbləğində mənəvi zərərin və 500 manat məbləğində borc aldığı pula görə ödədiyi faizin tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddiasının həmin hissədə əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2795/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2795/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver