Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2803/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, iddia ərizəsinə əlavə olunmuş aktda qeyd olunmuş cavabdeh X2 məxsus mənzilə daxil olarkən sol tərəfdəki otaqda uşaq üçün mebel dəstləri, 2 çarpayı, 2 şkaf, 3 xalça, tozsoran, kompüter masası, pərdə, 2 oturacaq stul və çarpayıların üstündə 2 dəst yorğan döşək, 1 ədəd lüstur, koridorda olan əşyalar: paltar asmaq üçün qarderob, dabankeş, 3 ayaqqabı, lüstur və müxtəlif təmir alətləri, papaq, 2-ci otaqda olan əşyalar: dəst yataq dəsti, lüstur, 3 pərdə, 2 ədəd noutbook (işləmir), 8 ədəd yastıq, uşaq oyuncağı, 2 ədəd sınmış və 1 ədəd dəmirdən oturacaq, Qurani-Kərim kitabı, 3-cü otaqda (konstuqsiya dəyişdirilmiş və artırma otaq əmələ gətirilmişdir.) artırma ilə olan əşyalar: böyük termo və servant, içində müxtəlif əşyalar (videoda öz əksini tapmışdır); divardan asılmış Quran ayəsinə asılmış suvenir, 1 ədəd qlobus suvenir və müxtəlif suvenirlər (videoda öz əksini tapmışdır.), artırma otaqda komin və üzərində 5 suvenir, 1 ədəd “Beko” tipli kondisoner, 1 ədəd masaj aparatı, televizor, jurnal masası, televizorun altında video və krosno aparatı, 1 ədəd əl soyuducusu, 6 ədəd oturacaq, 1 ədəd qabaq stolu, 1 ədəd ütü və qızdırıcı radiator, 3 ədəd pərdə, 2 ədəd kreslo, 1 ədəd divan və 5 ədəd yastıq və 1 ədəd örtük, artırılmış mətbəx otağında: mətbəx mebeli və içərisində qazanlar, şirəçəkən, mikser və elektrik çaydan, qaşıq, bıçaq, qab-qacaq və digər məişət əşyaları, 1 ədəd köhnə istehsalat olan “UBK-1500” tipli kondisoner, 1 ədəd elektrik sobası, 2 ədəd xalça, 1 ədəd divar saatı, 1 ədəd yemək stolu, 3 ədəd müxtəlif rəngli pərdə, 1 ədəd televizor, 4 ədəd oturacaq, hamam otağında : 1 ədəd suqızdırıcısı, 1 ədəd vanna və pərdəsi, 1 ədəd kalucukdan olan tumba, müxtəlif şampunlar, 1 ədəd divardan asılmış kalçukdan şkaf, 1 ədəd paltaryuyan əmlakların onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə "Kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və o X3 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı "Əsas kredit müqaviləsinin" çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı "Əlavə kredit müqaviləsi üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13421,71 ABŞ dolları, faiz borcu üzrə 3121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13050 ABŞ dolları, faiz borcu üzrə 1968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 6916/2019 saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası üzrə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2020-ci il tarixli, 01/1338 saylı hərracın keçirilməsinə dair 01 №-li bildirişdən və xx.xx.2020-ci il tarixli, 01/1519 saylı bildirişdən görünür ki, bütün tərəflər hərracın keçiriləcəyi barədə məlumatlandırılmışlar. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 39/04 saylı protokoluna əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılmışdır, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 42500 manat müəyyənləşdirilmişdir. Son olaraq ipoteka predmeti 31875 manata ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. Bundan sonra xx.xx.2022-ci ildə "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə dair tərəflər arasında aralarında alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixindən həmin mənzil onun xüsusi mülkiyyətindədir. Həmin vaxtdan bugünə kimi Cavabdeh məxsus əmlaklar bugünə kimi onun xüsusi mülkiyyətindədir. Dəfələrlə cavabdehə məxsus həmin əmlakların çıxcarılması ilə bağlı cavabdehə müraciət etməyinə baxmayaraq Cavabdeh müraciətlərinə məhəl qoymur. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
Tərəflərin mövqeləri:
1. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
2. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
3. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 01 avqust 2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, 45 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 380/2024 saylı qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1155/2023 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, X10, X5, xx.xx.2017-ci il təvəllüdlü X7, X1, X4 və X6 İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-608/2023 nömrəli iş üzrə 19 sentyabr 2023cü il tarixli qərarı ilə (hakimlər Cabbarova Gülnar inqilab qızı (məruzəçi), X8 və X16) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-1155/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-608/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1025/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 saylı 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) xx.xx.2020-ci il tarixli, 39\04 saylı hərracın nəticələrinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi, "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 42-ci mənzilin ona qaytarılması adı ilə digər şəxsə satılması faktı üzrə araşdırma aparılması barədə iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2(103)-5521/2023 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5521/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. “X15” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 15 iyul 2022-ci ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, “X15” Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,03 kv.m olan mənzili İddiaçı satmışdır.
7. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan qeyd olunmuşdur ki, ünvan 1-də baxış keçirərkən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X12, həmin binanın 46-cı mənzilində qeydiyyatda olan X13, həmin binanın 46-cı mənzilində qeydiyyatda olan X9 aşağıdakı ev əşyalarını aşkar etdilər. Həmçinin video görüntüdə əşyaları qeydə almışdırlar. Video görüntüdə qeydə alan zaman mebellərin siyirtmələri və qapıları ayrıayrılıqda açılmış və video görüntüyə alınmışdır. Mənzilə daxil olarkən sol tərəfdəki otaqda uşaq üçün mebel dəstləri, 2 çarpayı, 2 şkaf, 3 xalça, tozsoran, kompüter masası, pərdə, 2 oturacaq stul və çarpayıların üstündə 2 dəst yorğan, döşək, 1 ədəd lüstur. Koridorda olan əşyalar: paltar asmaq üçün qarderob, 2 dabankeş, 3 ayaqqabı, 1 lüstur, müxtəlif təmir alətləri və papaq. 2-ci otaqda olan əşyalar: dəst yataq dəsti, 2 lüstur, 3 pərdə, 2 ədəd notebook (xarabdır.), 8 ədəd yastıq, uşaq oyuncağı, 2 ədəd sınmış və 1 ədəd dəmirdən oturacaq, 1 ədəd Qurani-Kərim kitabı. 3-cü otaq konstuqsiyası dəyişdirilmiş və artırma otaq əmələ gətirilmişdir. 3-cü otaqda artırma ilə olan əşyalar: böyük termo, servant (içində müxtəlif əşyaların olması videoda öz əksini tapmışdır.), divardan asılmış Quran ayəsinə asılmış suvenir, 1 ədəd qlobus suvenir, videoda öz əksini tapan müxtəlif suvenirlər, artırma otaqda komin və üzərində 5 suvenir, 1 ədəd “Beko” tipli kondisioner, krosna aparatı, 1 ədəd əl soyuducusu, 6 ədəd oturacaq, 1 ədəd qabaq stolu, 1 ədəd ütü, qızdırıcı radiator, 3 ədəd pərdə, 4 ədəd kreslo, 1 ədəd divan, 5 ədəd yastıq, 1 ədəd örtük. Artırılmış mətbəx otağında: mətbəx mebeli və içərisində qazanlar, şirəçəkən, mikser, elektrik çaydan, qaşıq, bıçaq, qab-qacaq, digər məişət əşyaları, 1 ədəd köhnə istehsal olan “BK-1500” tipli kondisioner, 1 ədəd elektrik sobası, 2 ədəd xalça, 1 ədəd divar saatı, 1 ədəd yemək stolu, 3 ədəd müxtəlif rəngli pərdə, 1 ədəd televizor, 4 ədəd oturacaq. Hamam otağında: 1 ədəd su qızdırıcısı, 1 ədəd vanna və pərdəsi, 1 ədəd kauçukdan olan tumba, müxtəlif şampunlar, 1 ədəd divardan asılmış kauçukdan şkaf, paltaryuyan. Mənzilin konstruksiyası dəyişdirilmiş və ayaqyolu ayrıca otaq formasına salınmış, həmin otaqda standarta uyğun olmayan su qızdırıcısı mövcuddur.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh hal-hazırda İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, 45 saylı mənzilin keçmiş sahibidir. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların onun mənzilində qalmasının mülkiyyət hüququnu məhdudlaşdırdığına istinad edərək, iddia ərizəsində göstərilən əşyaların mənzilindən çıxarılmasını tələb edir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
15. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Bu baxımdan mülkiyyətçinin razılığı olmadığı halda cavabdehin mənzildən istifadə etmək hüququ yoxdur. Cavabdehə məxsus əmlakın çıxarılması xahiş olunan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, 45 saylı mənzil isə İddiaçı xüsusi mülkiyyətindədir.
16. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması, eləcə də mənzillə bağlı hər hansı əşya hüququnun mövcudluğu müəyyən edilmir.
17. Cavabdeh özünə məxsus əmlakını İddiaçı məxsus mənzildə saxlamaqla ona mülkiyyətçi kimi öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bu hal iddiaçını şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.
18. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, 45 saylı mənzildən Cavabdeh məxsus, mənzilə daxil olarkən sol tərəfdəki otaqda uşaq üçün mebel dəstləri, 2 ədəd çarpayı, 2 ədəd şkaf, 3 ədəd xalça, tozsoran, kompüter masası, pərdə, 2 ədəd oturacaq stul və çarpayıların üzərində 2 dəst yorğan, döşək, 1 ədəd lüstur; koridorda olan əşyalar: paltar asmaq üçün qarderob, dabankeş, 3 ədəd ayaqqabı, lüstur və müxtəlif təmir alətləri, papaq; 2-ci otaqda olan əşyalar: dəst yataq dəsti, lüstur, 3 ədəd pərdə, 2 ədəd komputer, 8 ədəd yastıq, uşaq oyuncağı, 2 ədəd sınmış və 1 ədəd dəmirdən oturacaq, Qurani-Kərim kitabı; 3-cü otaqda olan əşyalar: böyük termo, servant (içində müxtəlif əşyalar); divardan asılmış Quran ayəsinə asılmış suvenir, 1 ədəd qlobus suvenir və müxtəlif, artırma otaqda komin və üzərində 5 suvenir, 1 ədəd “Beko” tipli kondisoner, 1 ədəd masaj aparatı, televizor, jurnal masası, televizorun altında video və krosno aparatı, 1 ədəd əl soyuducusu, 6 ədəd oturacaq, 1 ədəd qabaq stolu, 1 ədəd ütü və qızdırıcı radiator, 3 ədəd pərdə, 2 ədəd kreslo, 1 ədəd divan, 5 ədəd yastıq və 1 ədəd örtük; artırılmış mətbəx otağında: mətbəx mebeli və içərisində qazanlar, şirəçəkən, mikser və elektrik çaydan, qaşıq, bıçaq, qab-qacaq və digər məişət əşyaları, 1 ədəd köhnə istehsalat olan “UBK-1500” tipli kondisoner, 1 ədəd elektrik sobası, 2 ədəd xalça, 1 ədəd divar saatı, 1 ədəd yemək stolu, 3 ədəd müxtəlif rəngli pərdə, 1 ədəd televizor, 4 ədəd oturacaq; hamam otağında: 1 ədəd suqızdırıcısı, 1 ədəd vanna və pərdəsi, 1 ədəd tumba, müxtəlif şampunlar, 1 ədəd divardan asılmış şkaf, 1 ədəd paltaryuyan siyahıya alınmaqla çıxarılmalıdır.
Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh məxsus, mənzilə daxil olarkən sol tərəfdəki otaqda uşaq üçün mebel dəstləri, 2 ədəd çarpayı, 2 ədəd şkaf, 3 ədəd xalça, tozsoran, kompüter masası, pərdə, 2 ədəd oturacaq stul və çarpayıların üzərində 2 dəst yorğan, döşək, 1 ədəd lüstur; koridorda olan əşyalar: paltar asmaq üçün qarderob, dabankeş, 3 ədəd ayaqqabı, lüstur və müxtəlif təmir alətləri, papaq; 2-ci otaqda olan əşyalar: dəst yataq dəsti, lüstur, 3 ədəd pərdə, 2 ədəd komputer, 8 ədəd yastıq, uşaq oyuncağı, 2 ədəd sınmış və 1 ədəd dəmirdən oturacaq, Qurani-Kərim kitabı; 3-cü otaqda olan əşyalar: böyük termo, servant (içində müxtəlif əşyalar); divardan asılmış Quran ayəsinə asılmış suvenir, 1 ədəd qlobus suvenir və müxtəlif, artırma otaqda komin və üzərində 5 suvenir, 1 ədəd “Beko” tipli kondisoner, 1 ədəd masaj aparatı, televizor, jurnal masası, televizorun altında video və krosno aparatı, 1 ədəd əl soyuducusu, 6 ədəd oturacaq, 1 ədəd qabaq stolu, 1 ədəd ütü və qızdırıcı radiator, 3 ədəd pərdə, 2 ədəd kreslo, 1 ədəd divan, 5 ədəd yastıq və 1 ədəd örtük; artırılmış mətbəx otağında: mətbəx mebeli və içərisində qazanlar, şirəçəkən, mikser və elektrik çaydan, qaşıq, bıçaq, qab-qacaq və digər məişət əşyaları, 1 ədəd köhnə istehsalat olan “UBK-1500” tipli kondisoner, 1 ədəd elektrik sobası, 2 ədəd xalça, 1 ədəd divar saatı, 1 ədəd yemək stolu, 3 ədəd müxtəlif rəngli pərdə, 1 ədəd televizor, 4 ədəd oturacaq; hamam otağında: 1 ədəd suqızdırıcısı, 1 ədəd vanna və pərdəsi, 1 ədəd tumba, müxtəlif şampunlar, 1 ədəd divardan asılmış şkaf, 1 ədəd paltaryuyandan ibarət əmlaklar İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, 45 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva