Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2806/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının soyadı Dehqani, adı Mahirə, ata adı Əliağa qızı, doğum tarixi 01 iyul 1956-cı il, doğum yeri Azərbaycan Respublikasının Ağdam rayonu, atasının soyadı Kiçiknacat, atasının adı Əliağa, atasının atasının adı Fətulla oğlu, atasının milliyəti azərbaycanlı, anasının soyadı Dehqani, anasının adı Adina, anasının atasının adı Məmmədağa qızı, anasının milliyəti azərbaycanlı qeyd edilməklə Azərbaycan Respublikasının Agdam rayonunun VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 01 iyul 1956-cı il tarixdə Ağdam rayonunda doğulmuşdur. Onun doğumu Ağdam rayon VVAQ Şöbəsi tərəfindən qeydə alınmışdır və müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1963-cü ildə valideynləri ilə birgə Sumqayıt şəhərinə köçmüşlər. O, Azərbaycan Respublikasının ərazisində X2mayan şəxsdir. Sonuncu dəfə DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiya qarşı mübarizə İdarəsinin Pasport və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən 15 iyul 2020-ci il tarixdə AR seriyalı, 026241 nömrəli Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında X2mayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Anası 2007-ci ildə, atası isə 1976-cı ildə Sumqayıt şəhərində vəfat etmişlər. 2020-ci ildə o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir, lakin sənədlərin arasında doğum haqqında şəhadətnamə olmadığı üçün bu mümkün olmamışdır. Maraqlı şəxs onun müraciətinə 15 fevral 2023-cü il tarixli 3-16-5/8/D-15-739/2023 saylı məktubla doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təstiq edən sənəd təqdim edilmədiyi üçün ərizəsi təmin edilməmişdir. Ərizəçi və vəkili Vəkil ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan 15 iyul 2020-ci il tarixli AR seriyalı, 026241 nömrəli Azərbaycan Respublikasının Hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında X2mayan şəxsin şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi 01 iyul 1956-cı ildə Azərbaycan Respublikasının Ağdam rayonunda doğulmuşdur. İşə əlavə olan 19 iyun 1973-cü il tarixli səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1956-cı ildə anadan olmuş Ərizəçi Sumqayıt şəhəri 15 saylı orta məktəbində oxumuş və 1973-cü ildə səkkizinçi sinifi bitirmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 15 mart 2007-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İşdə olan 18 dekabr 2022-ci il tarixli 05/Q-11557/11 saylı 1 saylı Sumqayıt regional «ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsinin arayışından görünür ki, arxiv məlumatları Ağdam rayon qeydiyyat şöbəsində saxlanılan arxivdə 1953-1959-cu illər doğum ilkin, 1959-1975-ci illər bərpa akt qeydləri üzrə yoxlanılmışdır və şəhadətnamə aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 15 fevral 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Maraqlı şəxsnə müvafiq sənədlər təqdim edilmədiyinə görə doğum faktının qeydinin təmin etmək mümkün olmamışdır. Maraqlı şəxs məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıdakılara əsasənё Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçinin doğum faktının soyadı Dehqani, adı Mahirə, ata adı Əliağa qızı, doğum tarixi 01 iyul 1956-cı il, doğum yeri Azərbaycan Respublikasının Ağdam rayonu, atasının soyadı Kiçiknacat, atasının adı Əliağa, atasının atasının adı Fətulla oğlu, atasının milliyəti azərbaycanlı, anasının soyadı Dehqani, anasının adı Adina, anasının atasının adı Məmmədağa qızı, anasının milliyəti azərbaycanlı qeyd edilməklə Azərbaycan Respublikasının Agdam rayonunun VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2806/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2806/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver