Məhkəmə qərarları › İş №2(060)-2841/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2841/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2841/2020 02.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 11390.40 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh oğlunun “xxxxxxxxxxx” ASC-dən götürdüyü 9000 manat və xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh oğlunun “xxxxxxxxxxx” ASC-dən götürdüyü 5073,53 manat məbləğində kredit öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh oğlu kredit borcunu ödəmədiyinə görə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə və xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən 11390.40 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Həmin məbləğin ödənilməsinə dair bank hesabından çıxarışlar iddia ərizəsinə əlavə olunmuşdur. Həmin sənədlərdən də görünür ki, İddiaçı tərəfindən göstərilən məbləğdə ödəniş aparılmışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğuyer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, Z-126RGTK163230001 saylı və xx.xx.2014-cü il tarixli, Z-126GTUM143090008 saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələrə görə zamin İddiaçı borclu Cavabdeh oğlunun “Kapital Bank ASC”-nin qarşısında kredit üzrə öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışlardan görünür ki, İddiaçı kart hesabından “Kapital Bank ASC”-nin xeyrinə ümumilikdə 11390.40 manat pul tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 590 nömrəli arayışdan görünür ki, müştəri Cavabdeh oğlunun xx.xx.2014-cü il tarixli, Z- 126GTUM143090008 nömrəli və xx.xx.2016-cı il tarixli, Z-126RGTK163230001 nömrəli kredit müqavilələri üzrə zamini İddiaçı əmək haqqı kartından ümumilikdə 11390.40 manat vəsait tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından və iş materiallarından göründüyü kimi, İddiaçı “Kapital Bank ASC” dən kredit götürən zaman Cavabdeh oğluna zamin durmuş və həmin zaminlik müqavilələrinə əsasən də öhdəlik zaminin əmək haqlarından tutulmalar hesabına tam icra edilmişdir. Bundan başqa iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan 11390.40 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 11390.40 (on bir min üç yüz doxsan manat qırx qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar