Məhkəmə qərarları › İş №2(060)-2852/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2852/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2852/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə olan yaşayış hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə olan yaşayış hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 almışdır. Alqı-satqı müqaviləsinin 13-cu bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Lakin, cavabdehlər bu günə qədər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmırlar. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Əlavə olaraq bildirir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və az yaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü Fəracadə Barat Emin oğlunun ünvan 2 ünvanında yerləşən mənzilinə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A, 4B saylı evin 47 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan x xxxxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 41A, 4B saylı evin 47 saylı mənzilini Cavabdeh7 60000 manata almışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və az yaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü Fəracadə Barat Emin oğlu Sumqayıt şəhəri, məhəllə 41A, 4B saylı evin 47 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİİB-nin 12 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və az yaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü Fəracadə Barat Emin oğlu Sumqayıt şəhəri, məhəllə 41A, 4B saylı evin 47 saylı mənzilində hüququ olmayanlar kimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh7 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh6 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh5 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşadığı yer sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamamaları, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və az yaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü Fəracadə Barat Emin oğlunun Sumqayıt şəhəri, məhəllə 41A, 4B saylı evin 47 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və az yaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü Fəracadə Barat Emin oğlunun Sumqayıt şəhəri, məhəllə 41A, 4B saylı evin 47 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar