Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2882/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi X1, Maraqlı şəxs Orucova Hökümə Elçin qızının iştirakları ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin Cavabdeh qarşı Orucova Hökümə Elçin qızını maraqlı şəxs qismində işə cəlb etməklə “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB Cavabdeh qarşı Orucova Hökümə Elçin qızını maraqlı şəxs qismində işə cəlb etməklə “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 9 ünvanında yerləşən 82 saylı otağa olan istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 153 saylı sərəncamı ilə Sumqayıt şəhər, 41-ci məhəllə, yataqxana 9 MKTİB-nin balansına verilmişdir. Sözügedən yataqxananın 82-ci otağı Orucova Hökümə Elçin qızının dediyinə görə 2015-ci il tarixində Cavabdeh almışdır. Cavabdeh mənzilini satsa da, qeydiyyatdan çıxmamışdır və həmin vaxtdan bu günə kimi harada yaşaması məlum deyildir. Faktiki olaraq həmin otağı satdığı vaxtdan həmin mənzilə olan hüququnu itirmişdir. 2015-ci ildən bu günə kimi Orucova Hökümə həmin mənzildə yaşayır və kommunal xidmətləri ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Orucova Hökümə izahatında bildirdi ki, həmin mənzili 2015-ci ildə cavabdehdən almışdır. Həmin vaxtdan cavabdeh mənzildən köçüb getmiş və ona məxsus heç bir əmlak mənzildə yoxdur. Lakin həmin mənzildə cavabdehin formal qeydiyyatı qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-cu il tarixli 153 saylı sərəncamının icrası barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi üzrə xx xxxxxxxx 2010-cu il tarixli 12 saylı əmrdən görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanında yerləşən 09 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin balansına verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 12 saylı MKS-nin xx xxxx 2020-ci il tarixli 520 saylı arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 09 ünvanında qeydiyyatda olsa da 2015-ci ildən həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 101.1-ci maddəyə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 100.3-cü maddəyə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 82.3-cü maddəyə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasıüçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ həmin şəxslərin mənzildən köçdükləri gündən itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, 9 saylı yataqxananın 82 saylı otağına istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid olmamaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, 09 saylı yataqxananın 82 saylı otağına istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2882/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2882/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver