Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2900/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı “Kristal Abşeron“ MTK-nın Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı müqavilənin ləğvi və mənzilin boşaldılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Kristal Abşeron“ MTK Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı müqavilənin ləğvi və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “Kristal Abşeron“ MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********94123 nömrəli payçı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri, 10-cu mkr ərazisi Məzahir Abdullayev küçəsində tikilmiş bina 82A, 8-ci mərtəbə, ümumi sahəsi 47.7 kv.metrdən ibarət 2 otaqlı 88 saylı mənzilin boşaldılması, cavabdeh və ailə üzvlərinin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçı “Kristal Abşeron“ MTK ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Kristal Abşeron“ MTK-nın Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı müqavilənin ləğvi və mənzilin boşaldılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “Kristal Abşeron“ MTK-ya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2900/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2900/2023
28.07.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver