Məhkəmə qərarları › İş №2(060)-2901/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2901/2021

09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2901/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1964-cü il tarixdə Ermənistan Respubkasının Sisiyan rayonunda anadan olmuş, doğum haqqında şəhadətnaməsində qeyd edilən doğulduğu gün, ay əlyazma ilə qeyd edilmişdir. Bu səbəbdən də “Asan Sumqayıt mərkəzi tərəfindən ona aid verilmiş AA******* seriyalı, xx.xx.2020-ci il tarixli şəxsiyyət vəsiqəsində doğulduğu, gün, ay qeyd edilməmişdir. Bundan əlavə olaraq doğum haqqında şəhadətnamədə ata qrafasında yazılan ata adı "Yusubəli” düzgün deyildir. Halbuki onun atasının adı”Yusifəli” olmuşdur. Atasının adının "Yusifəli olmasını sübut edəcək heç bir arxiv sənəd yoxdur, yeganə sənəd bacısının şəxsiyyət vəsiqəsidir. Ən yaxın ailə üzvü olan anası və bacısı şahid olaraq dediklərinin sübutudur. Doğum haqqında şəhadətnamədə olan bu səhvliklər ucbatından bəzi mülki hüquqlarının həyata keçirilməsində problemlər yaranır. O bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də imtina cavabı almışdır. Vətəndaşlıq vəziyyəti aktının arxiv sənədləri itdiyinə görə onun təkrar surəti və ya bərpasını etmək mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən onun xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olma doğum qeydi faktının qeyd olunması və doğum aktına düzəliş edilərək ata adının “Yusifəli” kimi yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 bildirdi ki, Ərizəçi uzaq qohumudur. O 1976-1978ci illərdə Ermənistan Respubkası, Sisiyan rayonu, Qızılşəfəq kəndində riyaziyyat fənnindən dərs demişdir. Ərizəçi ailədə bir bacı, bir qardaş olmuşlar. Atası Yusifəli, anası Südabə, bacısı Nailə. Ərizəçi xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X4 bildirdi ki, o, Ərizəçi onun qardaşıdır. Qardaşı Qazaxıstan Respublikasında yaşamış, sonradan Azərbaycana gəlmişdir. Ailədə iki uşaq olmuşlar, bir bacı, bir qardaş. Qardaşı xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. X1, anası X2r. 1988-ci ildə Azərbaycana gəlmişlər. Məhkəmə, ərizəçini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarında olan, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 05/Q-367/15 saylı, xx xxxxxx 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sumqayıt şəhər qeydiyyat şöbəsi yaşadığı rayonun məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasının, Sisiyan rayonunun Qızıl Şəfəq kəndində anadan olmuş, atası X6, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxxxx 1966-cı ildə Ermənistan Respublikasının, Sisiyan rayonunun Qızıl Şəfəq kəndində anadan olmuş, X1, anası X2r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları hərtərəfli qiymətləndirərək belə hesab edir ki, ərizəçinin məhkəmə iclasında göstərdiyi hallar bir-birini tamamlayaraq məhkəmədə onun bildirdiklərinin doğruluğuna və inandırıcılığına zəminlik yaradır, eyni zamanda, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən də, təsdiq olunur ki, həqiqətən də Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, X1, anası X2r. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edildiyindən, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olması, atasının X5 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olması, atasının X5 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar