Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2920/2024 03.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Hacıbala Mirzə oğlu ərizəçinin atasıdır. Havaxanım Mirzə qızı ərizəçinin bibisidir. 12 avqust 1995-ci ildə ərizəçinin bibisi Havaxanım Mirzə qızı vəfat etmişdir. Lakin ərizəçinin bibisinin doğum haqqında şəhadətnaməsi yoxdur. Özü vəfat etdiyinə görə doğum aktının qeydə alınması ilə bağlı məhkəməyə müraciət edə bilməz. Sumqayıt şəhəri İcraiyyə Komitəsi Bağ Təsərrüfatının 25 noyabr 1986-cı il tarixli, 1426 saylı müqaviləsi ilə Saray qəsəbəsində 0,15 ha sahədən ibarət 1686a saylı bağ sahəsi ərizəçinin bibisi Havaxanımın uzun müddət icarəsində olmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(060)-7877/2014 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 1686A ünvanında yerləşən 0,0691 ha bağ torpaq sahəsi üzərində 20 fevral 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Havaxanım Mirzə qızının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ərizəçinin bibisinin övladı yoxdur. Həmin sahədə 1988-ci illərdə bibisi və atası tərəfindən bir otaqdan və bir balkondan ibarət ev tikilmiş və ailəlikcə həmin bağdan istifadə etmişlər. Hazırda da istifadə etməkdə davam edirlər. 12 avqust 1995-ci ildə ərizəçinin bibisi Havaxanım Mirzə qızı vəfat etmiş və bağ sahəsini, evi vərəsə kimi ərizəçinin atası və özü qəbul etmişdir. 2000-ci ildə ərizəçinin atası vəfat etmişdir. Ərizəçinin bibisinin doğum haqqında şəhadətnaməsi olmadığına görə mirası vərəsə kimi qəbul edə bilmirlər. Bununla əlaqədar olaraq Havaxanım Mirzə qızının atası Hacıbala Mirzə oğlunun bacısı olması faktı lazımdır. Sənəd olaraq ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi olmasa da, əmk kitabçası var. Göstərilənlərə əsasən ərizəçinin 1926-cı il təvəllüdlü mərhum bibisi Havaxanım Mirzə qızı ilə münasibətdə qohumluq faktı kimi 1930-cü il təvəllüdlü atası Hacıbala Mirzə oğlunun bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə bildiriş göndərilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Elçin onun oğludur, Hacıbala isə yoldaşıdır. Hacıbalanın atasının adı Mirzə olmuşdur. Hacıbalanın 3 bacısı olmuşdur: Havaxanım, Əzizə və Zərifə. Onlardan heç biri hazırda sağ deyil. Yoldaşı rəhmətə getmişdir. Onlar evlənəndə 1963-cü il idi, lakin o vaxt belə onun doğum haqqında şəhadətnaməsi olmamışdır. Havaxanımın uşağı olmamışdır. Ondan miras olaraq bağ sahəsi qalmışdır. Hazırda həmin bağda oğlu ilə qalır. Evləndiyi vaxtdan Havaxanımla bərabər orda qalmışlar. Əzizənin öz evi vardır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dayısı oğludur. Havaxanım onun xalasıdır. Hazırda rəhmətə gedib. Əvvəl ailə həyatı qurmuş olsa da, övladı olmamışdır. Hacıbala dayısıdır və xalası Havaxanımla bərabər bağ sahəsində qalırdılar. Əliyev Hüseyn onun kiçik qardaşıdır. Onlar Əzizənin uşaqları olmuşlar. Xalası Havaxanımdan miras qalmış bağ sahəsində o qalmamışdır. Orda xalası və dayısı bərabər qalmışlar.
9. İş materiallarında olan 02 oktyabr 1959-cu il tarixli əmək kitabçasından görünür ki, Hacıbala Mirzə oğlu 1930-cu il tarixdə anadan olmuşdur.
10. İş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən 26 sentyabr 1974-cü il tarixli, İİİ-JQ № 301482 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 09 avqust 1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Hacıbala Mirzə oğlu, anası X1r.
11. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Hacıbala Mirzə oğlu xx.xx.2000-ci il tarixdə ölmüşdür. Bu barədə 18 avqust 2000-ci il tarixli, 817 №-li akt qeydi tərtib olunmuşdur.
12. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, ----- Havaxanım Mirzə qızı 12 avqust 1995ci il tarixdə tarixdə ölmüşdür. Bu barədə 10 oktyabr 1995-ci il tarixli, 1030 №-li akt qeydi tərtib olunmuşdur.
13. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2676/2012 saylı, 13 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən ərizənin təmin edilməsi, xx.xx.1986-cı il tarixli, 1426 saylı icarə müqaviləsi əsasında Havaxanım Mirzə qızının 1996-cı il tarixinədək icarə və istifadəsində olmuş Saray qəsəbəsində yerləşən 1686a saylı bağ sahəsinə dair Ərizəçi icarə müqaviləsi üzrə mirası vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir.
14. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(105)-1456/2012 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 13 avqust 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Ərizəçi maraqlı tərəf Sumqayıt Bələdiyyəsinə qarşı icarə müqaviləsi üzrə mirasın vərəsə tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.
15. Həmin qətnamədə qeyd edilmişdir ki, maddənin məzmunundan göündüyü kimi mübahisəli torpaq sahəsinə dair Havaxanım Mirzə qızının hüquqlarını mülkiyyət hüquqyu kimi qiymətləndirsə belə, həmin hüququn Ərizəçi keçməsi Azərbaycab Respublikası Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən maddələri əsasında həyata keçirilməli idi. İşdə olan sənədlərdən görünür ki, mübahisəli bağ sahəsi miras kimi nə rəsmi, nə də faktiki surətdə qəbul edilməmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 25 aprel 2023-cü il tarixdə verilmiş “Daşınmaz əmlakın olması barədə” məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı idarəsi tərəfindən Havaxanım Mirzə qızının adına verilmiş 25 noyabr 1986-cı il tarixli 1426 nömrəli icarə müqaviləsinə və Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli 2(060)-7877/2014 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 1686A ünvanında yerləşən 0.0691 ha bağ torpaq sahəsi üzərində 20 fevral 2015-ci ıl tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Havaxanım Mirzə qızının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 14 sentyabr 2023-cü il tarixli məktubumdan görünür ki, “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı - 13.1-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülküyyətçiyə və ya operatora, həmçinin onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, 1926-cı il təvəllüdlü Havaxanım Mirzə qızının doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir.
18. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədiyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1930-cu ilə dair Bakı şəhəri Kirov (Binəqədi) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Hacıbala Mirzə oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, qohumluq münasibətləri faktı müəyyən olunması istənilən ərizəçinin bibisi- Havaxanım Mirzə qızının doğumu qeydə alınmadığından ərizəçinin atası Hacıbala Mirzə oğlu ilə bacı kimi qohumluq münasibətlərində olmasını müəyyən etmək mümkün olmamışdır. Qohumluq münasibətlərinin müəyyən edilməsi miras əmlakın qəbul edilməsi ilə bağlı tələb olunur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.
21. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin.
22. Eyni Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
23. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının məzmunundan görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir.
24. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 1926-cı il təvəllüdlü Havaxanım Mirzə qızı ilə 1930-cu il təvəllüdlü Hacıbala Mirzə oğlunun bacı-qardaş olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdı, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. 1926-cı il təvəllüdlü Havaxanım Mirzə qızı ilə 1930-cu il təvəllüdlü Hacıbala Mirzə oğlunun bacı-qardaş olmalarına dair qohumluq faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva