Məhkəmə qərarları › İş №2(060)-293/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-293/2024

30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-293/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə vəfat etmiş babası – X10 xx.xx.2009-cu ildə vəfat etmiş atası – X15 ilə ata-oğul qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə verərək, xx.xx.1989-cu ildə vəfat etmiş babası X11 onunla baba-nəvə qohumluq münasibətləri faktının, yəni X11 onun babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum babası X4 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 143 saylı ev miras qalmışdır. Belə ki, babası xx.xx.1989-cu ildə vəfat etmişdir. X3 vəfat etdiyindən həmin əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı nəvələri olaraq o, Kamil, Natiq və Nail adlı qardaşları Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmişdirlər. Notariat ofisi tərəfindən imtina edilmiş, arayışda mərhum babası X17 ilə mərhum X3nun qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamə olmadığından şəhadətnamənin verilməsi mümkün olmadığı göstərilmişdir. Atası barəsində doğum haqqında akt qeydinə dair müvafiq sənədin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, barəsində doğum haqqında akt qeydinin aşkar olunmaması barədə müvafiq arayış verilmişdir. Eyni zamanda arxivə müraciət olunmuş, mərhum atasının doğulduğu 1939-cu ilə dair Corat İcra nümayəndəliyinin doğum haqqında akt qeydləri kitabının AR Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyi bildirilmişdir. Göründüyü kimi mərhum X10 onun babası olmasını tələb etmək məhkəmə qaydasından savayı başqa cür mümkün deyildir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, hüquqi faktın təsdiq edilməsi ona miras əmlakının vərəsə kimi rəsmi qəbul olunması üçün lazımdır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin böyük qardaşıdır. Babası 1989-cu ildə vəfat etmişdir. Babası onlarla birlikdə bir evdə yaşamışdır. Babası İ qrup gözdən əlil olmuşdur. Məhkəmədə şahid X12 ifadə verərək bildirdi ki, o, ərizəçinin kiçik qardaşıdır. Babası 1989-cu ildə vəfat etmişdir. Babasını görmüşdür. Babası İ qrup gözdən əlil olmuşdur. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin babası Əliyaqubu tanımışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 318359 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu ildə vəfat etmişdir. - 318372 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1989-cu ildə vəfat etmişdir. - Maraqlı şəxs verdiyi arayışdan görünür ki, 1939-cu ildə Sumqayıt şəhər Corat qəsəbəsində anadan olmuş X7 doğumu barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Akt qeydi kitabları Maraqlı şəxs xx.xx.1935-ci ildən xx.xx.1947-ci illər üzrə yoxlanılmışdır. Doğum haqqında bərpa akt qeydi kitabları 1939-cu ildən 1949-cu ilədək yoxlanılmışdır. “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. - Sumqayıt şəhər 1 saylı notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli, 1163 №-li arayışdan görünür ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X8 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsində 143 nömrəli fərdi yaşayış evinə və 0.00827 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı nəvələri: X9, Ərizəçi, X6, X12 tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət daxil olmuşdur. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş babası X18 ilə xx.xx.2009-cu ildə vəfat etmiş atası X7 qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamə olmadığı üçün onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1r. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına ünvanlanan müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Corat İcra nümayəndəliyinin 1939cu ilə dair doğum haqqında akt qeydləri kitabı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Sumqayıt şəhər Pİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1939-cu il təvəllüdlü X24 (X26) oğlu şəxsiyyət vəsiqəsi əldə etmədiyindən fərdi uçot kartoçkasının və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin kserosurətinin göndərilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X18 ərizəçinin babasıdır. Bu fakt ərizəçinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndindən görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X11 ərizəçinin babası, eləcə də valideyni X7 atası olması faktı məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə vəfat etmiş X11 Ərizəçi babası (atasının atası) olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar