Məhkəmə qərarları › İş №2(060)-2940/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2940/2020

02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2940/2020 02.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızının Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X16 nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızının maraqlı tərəf Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X16 Sumqayıt şəhər şöbəsinə qarşı siyasi repressiya qurbanı olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun siyasi repressiya qurbanı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızı iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 1951-ci ildə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin, Georgiyevski rayonunun, Yarqan kəndində anadan olmuşdur. Bunu ona məxsus olan Sumqayıt ŞPİ QŞVB trəfindən xx.xx.2003-cü ildə verilmiş, AZE Seriyalı 00876968 №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Atasının adı X8, anasının adı isə X9 olmuşdur. Hər iki valideyni Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşlar və 1937-ci ilə qədər orada yaşamışdır. 1937-ci ildə valideynləri Qazaxıstan Respublikasına sürgün edilmiş, o, da orada anadan olmuşdur. Valideynləri 1956-cı ildə bəraət alaraq doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Soltanlı kəndinə qayıtmışlar. Siyasi repressiya qurbanı kimi tanınmağı barədə AR-nın Baş Prokurorluğuna müraciət etmiş, lakin bu barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir (xx.xx.2019-cu il tarixli, ******* saylı məktub). Valideynlərinin hər ikisi siyasi baxışlarına görə Qazaxıstan Respublikasına 1937-ci ildə sürgün edilmiş və 1956-cı ilə qədər sürgün həyatı keçirmişlər. Ona ikinci dəfə Azərbaycan Siyasi Repressiya Qurbanları Assosasiyası tərəfindən x xxxxxx 1019-cu ildə 18013 saylı vəsiqə verilmişdir. Siyasi repressiya qurbanı kimi tanınmadığına görə "Əmək pensiyaları haqqında” qanunun 19.1.5-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə edilən pulu ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X16 nümayəndəsi X15 iddia tələbinə etiraz edərək bildirdi ki, Ərizəçi siyasi repressiya qurbanı olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 2(060)-2940/2020 saylı iş üzrə tələb tam əsassızdır və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cu bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qanunun 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qanunun 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 19.1.5-ci maddəsinə əsasən siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. Eyni zamanda siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən siyasi repressiya haqqında arxiv materialları olmadıqda siyasi repressiya faktı şahid ifadələrinə əsasən məhkəmə qaydasında müəyyənləşdirilir. Belə ki, Ərizəçi ərizəsində göstərmişdir ki, siyasi repressiya qurbanı olma faktın müəyyən edilməsini “Əmək pensiyaları haqqında” qanunun 19.1.5-ci maddəsinə əsasən nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavəni almaq məqsədi ilə xahiş etmişdir. Beləliklə, göstərilən normalardan göründüyü kimi, siyasi repressiya qurbanı kimi tanınma faktı ərizəçi üçün əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanması hüququnu yaratmır, “Əmək pensiyaları haqqında” qanununda nəzərdə tutulan hüquq və ya güzəştlərdən istafadə etmək üçün ərizəçi siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxs olmalıdır. Eyni zamanda ərizəçinin siyasi repressiya qurbanı olma faktını məhkəmə qaydasında müəyyənləşdirilməsi yalnız şahid ifadələri olduğu halda mümkündür, lakin Ərizəçi siyasi repressiya qurbanı olma faktını təsdiq edən şahidlər yoxdur. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və siyasi repressiya qurbanı hesab edilməsi barədə Ərizəçi ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İV 395137 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X10 xx xxxxxx 1951-ci ildə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin, Georgiyevski rayonunun, Yarqan kəndində anadan olmuş, atası X8, anası isə X2r. İş materiallarında olan İ-ЖГ 306169 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surtindən görünür ki, X3 ilə X10 xx xxxxx 1975-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah xx.xx.1985-ci il tarixdə 306 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada Mirzəyeva soyadı verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 196 nömrəli arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızına ünvanlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı məktubundan görünür ki, Ərizəçi siyasi repressiya qurbanı kimi tanınmağı barədə müraciətinə Azərbaycan Respublikası Baş Prokurorluğunda baxılmışdır. «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» xx xxxx 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini və Dövlət Təhlükəsizliyi Xidmətini cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən alınmış məktublardan görünür ki, Ərizəçi atası Mahmud Nəbiyev və anası Gülnisə Nəbiyevanın siyasi repressiyaya məruz qalması barədə həmin qurumların arxivlərində hər hansı material aşkar edilməmişdir. İzah olunmuşdur ki, «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» xx xxxx 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən siyasi repressiya haqqında arxiv materialları olmadıqda siyasi repressiya faktı şahid ifadələrinə əsasən məhkəmə qaydasında müəyyənləşdirilir. Məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli, 012-19368-1220 nömrəli məktubuna əsasən, 1907-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş X4 və 1870-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuş X11 ailələri ilə birlikdə Azərbaycan SSR X23 Komissarlığının xx xxxxxx 1938-ci il tarixli qərarına əsasən siyasi motivlə Qazaxıstan Respublikasına sürgün edilmişlər. Sürgün edilən zamanı X.S.Nəbiyevin ailə tərkibi: Həyat yoldaşı - 23 yaşlı Sayat Allahqulu qızı, qızı - 5 yaşlı Yaxşıxanım Xeyrulla qızı, qardaşı oğlu - 18 yaşlı Mahmud, anası - 70 yaşlı Şərəf. H.İ.Nəzərovun ailə tərkibi: Həyat yoldaşı - X21, qızı - Telli Hümbət qızı, qızı - Məryam Hümbət qızı, qızı - Gülnisə Hümbət qızı (sənəddə olduğu kimi). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komissiyasının xx xxxxxx 1991 -ci il tarixli rəylərinə əsasən X4 və X5 və onların ailələrinə bəraət verilmişdir (Əsas: arxiv işləri № R-2560 və R-2575). İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-793/2020 saylı qətnaməsnin surətinə əsasən, həmin qətnamə ilə Ərizəçi ərizəsi təmin edilərək, Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızının xx xxxxxx 1951-ci ildə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin, Georgiyevski rayonunun, Yarqan kəndində doğulması faktı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiyası tərəfindən verilmiş 18013 nömrəli xx.xx.2019-cu il tarixli vəsiqənin surətinə əsasən, Ərizəçi Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiyasının üzvüdü və onun siyasi repressiya qurbanları barədə Dövlət və hökumət qərarları və sərəncamları ilə təminat və xidmət güzəştlərindən istifadə etmək hüququ vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış sübutların məcmusu və digər iş materialları ilə təsdiq olunmuşdur ki, Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızı xx xxxxxx 1951-ci ildə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin, Georgiyevski rayonunun, Yarqan kəndində anadan olmuşdur. Ərizəçi atası X8 və anası X9 Azərbaycan SSR X23 Komissarlığının xx xxxxxx 1938-ci il tarixli qərarına əsasən siyasi motivlə Qazaxıstan Respublikasına sürgün edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komissiyasının xx xxxxxx 1991-ci il tarixli rəylərinə əsasən onların ailələrinə bəraət verilmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli, 012-19368-1220 nömrəli məktubu və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızına ünvanlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində Ərizəçi atası Mahmud Nəbiyev və anası Gülnisə Nəbiyevanın siyasi repressiyaya məruz qalması barədə hər hansı material aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Ərizəçi siyasi repressiyaya məruz qalmasını təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. Məhkəmə hesab edir ki, sözügedən qanunda həmin əlavənin siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə aid olması qeyd edilsə də, şəxsin siyasi repressiya qurbanı olması faktı müəyyən olunmadan onun bəraət alması mümkün deyil. Bu səbəbdən məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X16 hazırki faktın müəyyən olunmasının ərizəçi üçün əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanması hüququnu, beləliklə heç bir əmlak və ya digər hüquq yaratmaması barədə etirazının dəlillərini qəbul etmir. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikası qanununun müddəalarına görə bu Qanunun məqsədləri üçün siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükəli sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması siyasi repressiya hesab olunur (maddə 1). Siyasi repressiya qurbanları bu Qanunun 1-ci maddəsində göstərilən siyasi repressiya növlərinə məruz qalmış şəxslər, onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqlarıdır (maddə 2). Azərbaycan Respublikası Konstitusiyasının sosial təminat hüququndan bəhs edən 38ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xx xxxxxx 1951-ci ildə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin, Georgiyevski rayonunun, Yarqan kəndində anadan olmuş Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızının siyasi repressiya qurbanı olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1951-ci ildə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin, Georgiyevski rayonunun, Yarqan kəndində anadan olmuş Mirzəyeva (Nəbiyeva) Ziyaxət Mahmud qızının siyasi repressiya qurbanı olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar