Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2954/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 28.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı MKS tərəfindən verilmiş 13.02.2021-ci il tarixli, 162 nömrəli arayışa əsasən həmin mənzildə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 məskunlaşmış və 1993-cü ildən orada yaşayırlar. Mənzil müvafiq çıxarışa əsasən onun mülkiyyətindədir, lakin cavabdehlər həmin mənzili məcburi köçkün kimi qeyri-qanuni olaraq zəbt edib orada məskunlaşmış və onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaradırlar. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o mənzildə 1993-cü ildən yaşayır. Həmin vaxt mənzilin qapısı, pəncərəsi olmamış, mənzili o təmir etdirmişdir. Bina kooperativ olmuş, mənzili onlara xəbər vermədən özəlləşdirmişlər. O Qarabağ veteranıdır, mənzil növbəsinə durmuşdur. Mənzil verilməsi üçün müraciət etmiş, yaşadığı mənzilin ona məxsus olduğu bildirilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, başqa yaşayış yerləri yoxdur. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 19 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o həmin mənzildə yaşayır, mənzilə yaşayış hüququ var. Həmin bina kooperativ olmuş, mənzili onlara xəbər vermədən özəlləşdirmişlər. Atası Qarabağ veteranıdır, mənzil növbəsinə durmuş, mənzil alınması üçün müraciət etmişlər, mənzilin onlara məxsus olduğu bildirilmişdir. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, javabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 3 İddiaçı xüsusi mülkiyyəti kimi 28.12.2019-cu il tarixdə tam payda qeydiyyata alınmışdır. İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş 13.02.2021-ci il tarixli, 162 №-li ailə tərkibi haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 30 saylı evin, 11 saylı mənzilində 1993cü ildən məcburi köçkün kimi müvəqqəti məskunlaşıb yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 3 ünvanını zəbt etməsi səbəbindən İddiaçı xüsusi mülkiyyətində olan mənzil sahəsindən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 3 ünvanında yerləşən mənzil boşaldılmalı və cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 11, Yeni qaydalarla: AZ5001, ünvan 3 ünvanında yerləşən mənzil boşaldılsın və cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2954/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2954/2021
16.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver