Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-299/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin Cavabdeh3 azyaşlı övladları 07.06.2015-ci il təvəllüdlü X2 və 22.01.2014-cü il təvəllüdlü Bağırova Əsma Bəxtiyar qızının Sumqayıt şəhəri, 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı Sumqayıt şəhəri 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzilini şəxsi vəsaiti hesabına 30.09.2021-ci ildə alqı-satqı müqaviləsi əsasında alaraq əldə etmişdir. Lakin hal-hazırda məlum olmuşdur ki, mənzili aldığı şəxsin də ailə üzvləri olmayan əvvəlki yaşayışçılar - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin Cavabdeh3 azyaşlı övladları 07.06.2015-ci il təvəllüdlü X2 və 22.01.2014-cü il təvəllüdlü Bağırova Əsma Bəxtiyar qızı sözügedən mənzildə formal olaraq pasport qeydiyyatında qalmışdır. Hal-hazırda, cavabdehlərin Sumqayıt şəhəri 18-ci məhəllə, 6\27B saylı evin 17 saylı mənzilində heç bir əmlakı və həmin mənzillə əlaqəsi olmasa da, formal şəkildə iddiaçının evində qeydiyyatda qalmaları nəticədə iddiaçının cavabdehlərə görə mənzil üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirməsinə maneçilik törədir. Belə ki, əgər cavabdehlər həmin mənzildə qeydiyyatda qalacaqlarsa, iddiaçı əsassız olaraq mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Bundan əlavə gələcəkdə öz mənzilini kiməsə bağışlamaq və ya satmaq istəsə bununla bağlı da problemlər yarana bilər. Ona görə də cavabdehlərin həmin evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. İddiaçının cavabdehlərlə heç bir əlaqəsi olmadığından və onların yaşadıqları yeri də bilmədiyindən onlardan ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını tələb edə bilmir. Nəticədə iddiaçının hüquqları qanuna zidd olaraq məhdudlaşır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.09.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 qızı Sumqayıt şəhəri, 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir İş materiallarında olan ******* nömrəli, 30.09.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin Cavabdeh3 azyaşlı övladları 07.06.2015-ci il təvəllüdlü X2 və 22.01.2014-cü il təvəllüdlü Bağırova Əsma Bəxtiyar qızı Sumqayıt şəhəri, 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzilini rəsmi alqısatqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin Cavabdeh3 azyaşlı övladları 07.06.2015-ci il təvəllüdlü X2 və 22.01.2014-cü il təvəllüdlü Bağırova Əsma Bəxtiyar qızının həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 övladları 07.06.2015-ci il təvəllüdlü X2 və 22.01.2014-cü il təvəllüdlü Bağırova Əsma Bəxtiyar qızının Sumqayıt şəhəri, 18-ci məhəllə, 6\27B saylı evin, 17 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-299/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-299/2022
19.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver