Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2998/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə Staxan oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktınmüəyyən edilməsi tələbinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, Ərizəçi xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olduğunu, ata qrafasında atası 1910-ci il təvəllüdlü X5, ana qrafasında anası 22.03 1914-ci il təvəllüdlü X3 olması bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsinii rayonlarını tərk edib gələndə oradakı evlərində qalmışdır. Gəldikdən sonra ərizəçiyə məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsini rayonda olan evlərində qalmışdır. Doğum haqqında şəhadətnaməsini itirdiyindən hal-hazırda müvafiq sənədlər toplamağa çalışsa da doğum haqqında şəhadətnaməsi olmadığından həmin sənədləri əldə edə bilmir. Bununla bağlı Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsi olduğuna baxmayaraq Qeydiyyat Şöbəsi ərizəçini yenidən doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, ata babasının soyadı Tahirov, ata nənəsinin soyadı Mustafayeva olmasına baxmayaraq, onun atası yəni hazırki iş üzrə ərizəçinin soyadı Rəsulovdur, belə ki, ərizəçi anadan olanda onun soyadını ata babasının adından götürüblər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Atasının adı Əmirverdi, ata babasının adı Rəsul olmuşdur. Anasının adı Sarıqız, ana babasının adı Yunus olmuşdur. Ailədə 1 bacı, 1 qardaş olmuşlar. Qardaşı Staxan ondan 4 yaş böyükdür. O, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-62-1571/2023 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşayış yeri üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi, xx.xx.1936-cı il tarixdə Erminastanın Krasnoselo kəndinsə anadan olmuşdur. - 12913128 saylı partiya biletindən görünür ki, X3 1944-cü il tarixdən partiya üzvü olmuşdur. - 08.02.1949-cu il tarixli arayışdan görünür ki, 1910-cu il tarixdə anadan olmuş, X5 xx.xx.1941-ci il tarixdə hərbi xidmətə çığırılaraq, Zaqafqaziya cəbhəsinin atıcı diviziyasına göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx xxxxxxxx 1936-cı il, doğulduğu yer Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndi, ata qrafasında X5, ana qrafasında X3 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1936-cı il tarixdə Ermənistanın, Krasnoselo rayonunun Çaykənd kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı - Ərizəçi, doğum tarixi xx.xx.1936-cı il, doğulduğu yer - Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndi, ata qrafasında - X5, - ana qrafasında X1 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2998/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2998/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver