Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3016/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 22.*4.194*-ci il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində doğumunun qeyd edilməsi faktınm müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X4, ana qrafasında X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi Maraqlı şəxsnə qarşı hazırki ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iş materiallarından görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 11, mənzil 19 ünvanında qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Belə olan halda hazırki ərizəyə aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində (ünvan: ünvan 3in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Kəngərli rayob Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1 -ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2**2-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 2* gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən 18.*3.2*25-ci il tarixli ********** saylı qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Kəngərli rayob Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən 18.*3.2*25-ci il tarixli ********** saylı qəbz əsasında ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan təqdim olunduğu və ya alındığı gündən 1* (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3016/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3016/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver