Məhkəmə qərarları › İş №2(060)-3020/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3020/2021

23.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3020/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh, X5 və üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt Bələdiyyəsinə qarşı «əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, X5 və üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt Bələdiyyəsinə qarşı «əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 0.11 ha torpaq sahəsinə Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, torpaq sahəsində onun istifadə və sahiblik hüquqlarına olan maneələrin aradan qaldırılması, əmlakın ona təhvil verilməsi və X3 torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhər Bələdiyyəsinin 21.08.2003-cü il tarixli Qərarı ilə Novxanı Bağları ərazisində 0.11 ha torpaq sahəsi onun adına rəsmiləşdirilməklə istifadəsinə verilmişdir. Daha sonra Sumqayıt şəhər Bələdiyyəsinin 25.08.2003-cü il tarixli, Torpaq sahəsinin ayrılmasına dair 811 saylı inşaat pasportu tərtib edilərək torpaq sahəsi onun istifadəsinə verilmişdir. Onun torpaq sahəsinə bitişik olan qonşu torpaq sahəsində isə keçmiş həyat yoldaşı Cavabdeh torpaq sahəsi yerləşir. Torpaq sahəsini cavabdehlə birgə yaşadıqları vaxt almışlar və tikintidə iştirak etmişdir. 2016-cı ilə qədər gedib bağda yaşamışlar. Hazırda onun torpaq sahəsi də daxil olmaqla hər iki torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Dəfələrlə müraciət edərək onun torpaq sahəsinin qanunsuz istifadəsinə son qoyulmasını tələb etsə də cavabdeh bu tələblərə əməl etməmişdir. Uzun müddətdir ki, Cavabdeh tərəfindən istismar edilən torpaq sahəsinin onun istifadə və sahibliyinə qaytarılması barədə tələbləri cavabsız qalmışdır. Keçmiş həyat yoldaşı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun öz əmlakına sahiblik etmək, istifadə və sərəncam vermək hüquqları pozulmaqdadır. Onun şəxsi mülkiyyəti olmasına baxmayaraq sözü gedən torpaq sahəsində hazırda başqaları yaşayır. O isə kirayədə qalmaq məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, ona məxsus olan bağda uzun müddətdir mühafizəçi X8 öz ailəsi ilə yaşayır. Həmin şəxslər onu öz bağına girməyə və oradan istifadə etməyə imkan vermirlər. Torpaq sahəsinə istifadə və sahiblik hüququ məhdudlaşdırıldığı üçün o, öz hüquqlarından istifadə edə bilmir, öz mülkiyyətindən məhrum olmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisələndirilən torpaq sahəsi İddiaçı deyil, digər şəxslərə məxsusdur. Belə ki, torpaq sahəsi ilk öncə Mənzər adlı şəxsin olub, o, həmin torpağı özəlləşdirib. Torpağın bir hissəsi Cavabdeh, digər hissəsi isə başqa şəxsə satılıb. Bundan sonra da iddiaçının mübahisələndirdiyi torpaq sahəsi dəfələrlə başqa-başqa şəxslər tərəfindən özgəninkiləşdirilib. Sözü gedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi deyil. Torpaq sahəsində olan tikili Çingiz adlı şəxsə aid olan torpaq sahəsindədir və digər cavabdeh X6 həmin hissədə yaşayır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X8 və üçüncü şəxs Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının 22.08.2003-cü il tarixli, 86 nömrəli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 21 avqust 2003-cü il tarixli, 77 saylı protokoluna əsaslanaraq, Novxanı bağları ərazisində Abdullayeva (Yusifova) Təyminə Şamil qızının istifadə etdiyi 0.11 ha bağ üçün torpaq sahəsi onun adına rəsmiləşdirilmiş və istifadəsinə verilmişdir. İşdə olan inşaat pasportunun surətindən görünür ki, torpaq sahəsinin ayrılmasına dair Sumqayıt şəhər Bələdiyyəsinin 25.08.2003-cü il tarixli, 811 saylı inşaat pasportu tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23.06.2021-ci il tarixli məktubundan görünür ki, Abdullayeva (Yusifova) Təyminə Şamil qızının adına Novxanı bağları ərazisində 0.11 ha torpaq sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Republikası Konstitutiyasının 149-ci maddəsinin Vİİ-ci hissəsinə görə fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktlann qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı, Mülki Məcəllənin 241.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 20ci maddəsinin tələblərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı formada hüquqi, fiziki şəxslərə verilməsi mübafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqavilənin xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaq ayırma sənədləri hazır olduqdan sonra torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin torpaq sahəsinin naturada ayrılması və torpaq üzərində hüquqlara dair sənələrin verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci və 158.4-cü maddələrinin tələblərinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə də əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarını istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edir. Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin digər vətəndaşlar tərəfindən özəlləşdirildiyini və bundan sonra dəfələrlə özgəninkiləşdirildiyini bildirsədə, etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin cavabdeh X3 torpaq sahəsindən məcburi çıxarılması hissəsini əsaslı hesab etmir. Belə ki, isin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh X8, Cavabdeh aid bağdan istifadə edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 0.11 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulmalı, torpaq sahəsindən İddiaçı istifadə və sahiblik hüquqlarına olan maneələr aradan qaldırılmalı, həmin torpaq sahəsi İddiaçı təhvil verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 0.11 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulsun, torpaq sahəsindən İddiaçı istifadə və sahiblik hüquqlarına olan maneələr aradan qaldırılsın və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar