Məhkəmə qərarları › İş №2(060)-3045/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3045/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3045/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Ərizəçi vəkili və nümayəndəsi Vəkil Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 14.06.1984-cü ildən 01.02.1998ci ilə qədər Qafan rayon Meyvə-Tərəvəz anbarında işləməsinə dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2781/2022 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının poçt ünvanı göstərilmədiyindən ərizəçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda ərizəçiyə nöqsan aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququ izah edilmiş, həmin nöqsan aradan qaldırılmışdır. Ərizəçiyə əmək pensiyası təyin edilməsi üçün iş stajının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı Ərizəçi vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, ərizədə qeyd olunan şahidlərin baxış iclasında dindirilmələrini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi etiraz ərizəsi təqdim edərək Ərizəçi 2(060)-3045/2022 nömrəli iş üzrə ərizənin rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının etirazından müəyyən edilir ki, maraqlı şəx ərizəçinin istinad etdiyi halları qəbul etmir və ərizəçinin istinad etdiyi maddi və prosessual normaların işin hallarına aid olmadığını qeyd edir. Məhkəmə hesab edir ki, Ərizəçi 14.06.1984-cü ildən 01.02.1998-ci ilə qədər Qafan rayon Meyvə-Tərəvəz anbarında işləməsinə dair hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar mülki iş üzrə hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara a l d ı: Ərizəçi 14.06.1984-cü ildən 01.02.1998-ci ilə qədər Qafan rayon Meyvə-Tərəvəz anbarında işləməsinə dair hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar