Məhkəmə qərarları › İş №2(060)-3048/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3048/2020

29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3048/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1, AR ƏƏSMN yanında DSMF-nun nümayəndəsi X2 qızının iştirakı ilə, Ərizəçi əmək stajının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi əmək stajının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 0, xx xxxx 2000-ci ildən xx.xx.2006-cı ilə kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən əvvəll “Kəmalə” adı ilə, hal-hazırda isə “xxxxxxxxxxxxxxxxxxx” MMC kimi fəalliyyət göstərən firmada qaynaqçı vəzifəsində işləmişdir. Həmin dövr ərzində orada işlədiyi ilə bağlı sənəd almaq üçün arxivə müraciət etmiş, lakin onlarda sənəd olmadığını bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi izahat verərək bildirdi ki, onlarda hər hansı əmək müqaviləsi mövcud deyildir. Həmçinin “xxxxxxxxxxxxxxxxxx” MMC və “Kəmalə” firması fərqli firmalardır. “Kəmalə” firması halhazırda fəaliyyət göstərir. O, eyni zamanda qeyd etdi ki, iddiaçının işləməsini təsdiq edən hər hansı sənəd, sübut, o cümlədən əmək müqaviləsi mövcud deyildir. Məhkəmə iclasında AR ƏƏSMN yanında DSMF-nun nümayəndəsi ərizəyə etiraz edərək bildirdi ki, əgər müəssisə mövcuddursa, Ali Məhkəmənin Plenum qərarına əsasən maraqlı tərəf ola bilməzlər. Ona görə də ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hüquq haqqında mübahisə olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Yuxarıdakılarıvə Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi əmək stajının müəyyən edilməsi tələbinə dair ərizəsi hüquq haqqında mübahisə olduğu üçün baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar