Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3056/2020 09.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Saleh oğlunun cavabdehlər Cavabdeh, X15, X9 və X10 qarşı “cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi və onların özlərinə məxsus ev əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Saleh oğlu cavabdehlər Cavabdeh, X15, X9 və X10 qarşı “cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi və onların özlərinə məxsus ev əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, X11, X4, X5 və X12 Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlər Cavabdeh, X11 və X5, həmçinin cavbadehlərin iki azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X13 Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 saylı mənzildən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X23 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı X3 məxsus Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən 9/13 saylı binanın, 23 saylı mənzilini xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 64.000 manata almışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydada təsdiqləndikdən sonra iddiaçı həmin mənzilə mülkiyyət hüququnu rəsmi qaydada AR ƏMDKY DƏDRX-də 8 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata aldıraraq hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövdət reyestrindən müvafiq çıxarış almışdır. Cavabdehlərdən X16 iddiaçının xalası, X24 xalasının oğlu, X17 xalası oğlunun arvadı, X18 xalasının qızı, X25 xalasının qızının qızıdır. Mənzilin mülkiyyətçisi X16 alqı-satqıdan sonra iddiaçıdan xahiş etmişdir ki, özlərinə həyət evi almaq istəyirlər, yeni mənzil alana kimi, bir müddət satılmış mənzildə qalmaqlarına möhlət versin. Özlərinə yeni mənzil aldıqdan sonra həm mənzildən pasport qeydiyyatından çıxacaqlarına, həmçinin də özlərinə məxsus əmlaklarla birlikdə mənzili boşaldacaqlarına söz vermişlər. İddiaçı da bir qohum olaraq onların vədlərini tutacaqlarına arxayın olub razılıq vermişdir. Lakin alqı-satqıdan xeyli müddət keçməsinə baxmayaraq hələ də iddiaçının mülkiyyətində olan mənzilə cavabdehlarin istifadə hüquqları qlmaqdadır və onlardan bəziləri bu mənzili hələ də tərk etməyiblər. Belə ki, cavabdehlərdən X18 ailə həyatı qurub və əri ilə başqa mənzildə yaşayır, lakin onun qızı X14 iddiaçının mülkiyyətində olan mənzilinə istifadə hüquqları qalmaqdadır Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh, X24, X18 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onlar iddia tələbini tam həcmdə qəbul edirlər. Ona görə də, onlar iddianın təmin edilməsinə etiraz etmirlər. Cavabdeh X17 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, həyat yoldaşı X24 ilə xx xxxxx 2015-ci ildə nikaha girmişdir. Birgə nikahdan onların iki övladları vardır. Hal-hazırda iddiaçı X7 razılığı ilə o, 2017-ci ildə sözügedən mənzilə qeydiyyata düşməklə, həyal yoldaşı və iki övladı ilə həmin tarixdən hal-hazıradək orada yaşayırlar. Ona məxsus olan cehiz əşyaları da həmin mənzildədir. O, həmin mənzilə gəlin gələrkən qayınanası ona bildirmişdir ki, mübahisəli mənzil ona məxsusdur. Yaşadığı müddət ərzində mənzilin iddiaçıya məxsus olmasından məlumatı olmamışdır. Qayınanası Cavabdeh ilə iddiaçı arasında 2015-ci ildə bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Belə ki, İddiaçı özünün qeydiyyatda olduğu və yaşadığı mənzildə bankda girovdadır. Girov müqaviləsi üzrə öhdəliyi icra edə bilmədiyi üçün İddiaçı qayınanası ilə razılığa gələrək sonuncunun mənzilini də banka girov qoymuşdur. Beləliklə İddiaçıla Cavabdeh arasında bağlanmış müqavilə görünüş məqsədi üçün bağlanmışdır. Buna görə də hesab edir ki, İddiaçıla Cavabdeh arasında bağlanmış müqavilə ləğv edilməli və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, cavabdehlər Cavabdeh, X24, X18 iddia tələbini tam həcmdə qəbul edirlər və iddianın təmin edilməsinə etiraz etmirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilini İddiaçı Saleh oğluna satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzili İddiaçı Saleh oğlunın adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh, X24, X18 və X17, həmçinin cavbadehlərin azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü X1 şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı Qəhrəmanov X21 şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzili alqı-satqı yolu ilə əldə etmiş, mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək, onun bu hüququ iddiaçıya keçmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh, X24, X18 və X17, həmçinin cavbadehlərin azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü X1 şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatda qalmaqla və həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh, X11, X4 və X5, həmçinin azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X12 Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh, X24 və X17, həmçinin cavbadehlərin iki azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X19 və xx.xx.2018-ci il təvəllüdlü X2 şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 saylı mənzildən özlərinə məxsus Künc divanı-1 ədəd, Stenka (qönçə)-1 ədəd, Komod-1 ədəd, Televizor-1 ədəd, Yataq taxtı-1 ədəd, Şifoner-1 ədəd, Tremo-1 ədəd, Tumba-1 ədəd, Tozsoran-1 ədəd, Elektik sobası-1 ədəd, Çılçıraq- 2 ədəd, Pərdə-2 ədəd, Tül-2 ədəd, Döşək-3 ədəd, Yorğan-3 ədəd, Yastıq-4 ədəd, Xalça-2 ədəd, Stol-1 ədəd, Stul-6 ədəd, Jurnalni stolu-1 ədəd, Müxtəlif ölçülərdə qabqacaqdan ibarət əşyalarla birlikdə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3056/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3056/2020
09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver