Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3060/2020 04.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxx» C.O.MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görəəmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxxxxx» C.O.MMC-yə qarşı“işə bərpa, məcburi iş buraxmaya görəəmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli əmri qanunsuz olduğundan ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi və ona dəymiş mənəvi zəririn əvəzi olaraq 10.000 manatın cavabdeh şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 mülki işin adiyyatıüzrə Bakışəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin verdiyi çıxarışın surətindən görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, sadalanan hüquq normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonunda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakışəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh «xxxxxxxxxxx» C.O.MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3060/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3060/2020
04.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver