Məhkəmə qərarları › İş №2(060)-3069/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3069/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3069/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 16 may 2023-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1942ci ildə Ermənistan SSR, Leninakan şəhərində doğulmağı, X4, anası isə İsmayılova (Əhmədova) Fatma Xanlar qızı olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, doğum haqqında akt qeydində adının “Şirastan”, ata adının sə "Murtuzəli” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1942-ci ildə Ermənistan SSR, Leninakan şəhərində anadan olmuşdur. X4, anası isə İsmayılova (Əhmədova) Fatma Xanlar qızıdır. Bildirir ki, hər iki valideyni vəfat edib. Qeyd edir ki, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır və Ermənistanla müharibə şəraitində yaşayırlar. Doğum haqqında şəhadətnaməmin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Maraqlı şəxs cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Maraqlı şəxsndən ona izah olunmuşdur ki, doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Həmçinin qeyd edir ki, onun adı “Şirostan” yox “Şirastan”, ata adı isə “Murtuz” yox “Murtuzəli”dir. Ona məxsus olan şəxsiyyət vəsiqəsində adı və ata adı səhv yazılıb. Adının “Şirastan”, ata adının “Murtuzəli” olması ona məxsus olan hərbi bilet və övladlarına məxsus olan doğum haqqında şəhadətnamələrdə öz təsdiqini tapır. Qeyd edir ki, doğumun qeyd edilmə faktının müəyyən olunması ona doğum haqqında şəhadətnamə almaq və vərəsəlik ilə bağlı hüquqlarını həyata keçirmək üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayənndəsi Vəkil ərizəyə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsində adı və ata adı səhv yazılıb. Uşaqların şəhadətnamələrində isə heç bir problem yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi ilə uzun illərdir, 12-ci mkr-da qonşu olmuşdurlar, ərizəçinin atasını da tanımışdır. Ərizəçinin adı Şirastan, atasının adı isə Murtuzəlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçi onun atasıdır. Atasını adı Şirastan, ata adı isə Murtuzəlidir. Atası 1942 –ci ildə Ermənistan Respublikasında doğulub. Atasına məxsus doğum haqıqnda şəhadətnamə itmişdir. Babası 18-20 ildir ki, Ukraynada rəhmətə gedib. Nənəsi isə atası doğulanda rəhmətə gedib. Bu səbəbdən onların ölüm sənədləri də yoxdur. Atasının ata adı X10, ana adı isə X11r. Atası öz anasını heç vaxt görməyib. Atasının nə doğma, nə də ögey bacı qardaşları yoxdur. Atasının əmisi uşaqları da hazırda Ukraynada yaşayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 16 fevral 2023-ci il tarixli, 3-16-5/8-İ-15/763/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1942-ci ildə Ermənistan Respublikası, Leninakan şəhərində doğulmuşdur. İşdə olan NZ-4703781 nömrəli hərbi biletdən görünür ki, Ərizəçiəli oğlu xx.xx.1942-ci ildə Ermənistan Respublikası, Leninakan şəhərində doğulmuşdur. İşdə olan AZ-T 229894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X12r. İşdə olan AZ-İ 896978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1977-cı ildə Ağsu rayonunda doğulmuşdur. X1, anası X12r. Beləliklə, Ərizəçi xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikasının Leninakan şəhərində anadan olmuşdur. Ərizəçinin adı Şirastan, X4, anası isə İsmayılova (Əhmədova) Fatma Xanlar qızıdır. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikasının Leninakan şəhərində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikasının Leninakan şəhərində doğulması faktı müəyyən olunsun. X3 doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ərizəçinin adı qrafasında X5, ata qrafasında X10, ana qrafasında isə İsmayılova (Əhmədova) Fatma Xanlar qızı qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar