Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3075/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X17 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 31, mənzil 25 mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 02.10.2014-cü ildə RX Seriyalı ******* №-li Çıxarış verilmişdir. Cavabdeh onun uzaq qohumudur. Cavabdehin onun mənzilində qeydiyyatda olması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Bundan əlavə mülkiyyətində olan mənzildə azyaşlı 06.03.2004-cü təvəllüdlü Abdullazadə Rafael Azad oğlu da qeydiyyatdadır. Onların qeydiyyatları formal xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh və azyaşlı qardaşı 06.03.2004-il təvəllüdlü Abdullazadə Rafael Azad oğlunun Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 31 saylı evin, 25-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh oğlunun yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X3 bildirdi ki, İddiaçı tanıyır,10 ildən artıqdır qonşudur. Xuramanı tanımış, ünsiyyətdə olmuş, Xuraman iki uşağı ilə birlikdə 6 ilə yaxındır ki, evdən gedib başqa şəxslə ailə qurub yaşıyır. Məhkəmə iclasında iştirak etmiş şahid X18 bildirdi ki, İddiaçı tanıyır,1988-ci ildən qonşudur. İddiaçı Xəyyam adlı oğlu ilə yaşayır. İsmayılın uşaqları 5-6 ildir ki, həmin evdə yaşamırlar. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 31 saylı evin, 25 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 02.10.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş 16.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və azyaşlı qardaşı Abdullazadə Rafael Azad oğlu Sumqayıt şəhəri, 8-ci mikrorayon, 31 saylı evin, 25 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, 13 oktyabr 2016-cı il tarixdə X14 ilə X9 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Abışov, arvada Ağakişiyeva soyadı verilmişdir. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 aprel 2021-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 31 saylı evin, 25 saylı mənzili 23 sentyabr 2014-cü il tarixdə ailə üzvlərinin razılığı ilə İddiaçı adına özəlləşdirilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-415/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6096/2019 saylı, 07 avqust 2019-cu tarixli qətnaməsi ilə xx xxxx 2002-ci il təvəllüdlü X6 və 06.03.2004-cü il təvəllüdlü X10 ərizəçilər X15 və X2 övladlığına verilməsi, xx xxxx 2002-ci il təvəllüdlü X16 və 06.03.2004-cü il təvəllüdlü X1 və ata adı dəyişdirilərək Cavabdeh və Abdullazadə Rafael Azad oğlu, ata adı qrafasında “X15”, ana qrafasında “X4” kimi yazılması, övladlığa götürmənin dövlət qeydiyyatının aparılması, xx xxxx 2002-ci il təvəllüdlü X16 və 06.03.2004-cü il təvəllüdlü X10 01.05.2003-cü il tarixli, 94 nömrəli doğum akt qeydi və 16.03.2004-cü il tarixli, 815 nömrəli doğum akt qeydinə dəyişiklik edilməsi, habelə onlara yeni doğum haqqında şəhadətnamələrin verilməsinin Sumqayıt Şəhər qeydiyyat şöbəsinə həvalə edilməsi qət olunmuşdur. Qətnamədən ərizəçi X5 apellyasiya şikayəti vermiş, apelyasiya şikayəti qismən təmin edilərək X2 özünə dair hissədə ərizədən imtina etməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il qərardadı ilə ona münasibətdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6096/2019 saylı, 07 avqust 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi və işin icraatına ona münasibətdə xitam verilməsi nəzərə alınaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6096/2019 saylı, 07 avqust 2019-cu tarixli qətnaməsi X13 dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşadığı yer sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh yetkinlik yaşına çatmayan Abdullazadə Rafael Azad oğlu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, 31 saylı evin, 25 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan Abdullazadə Rafael Azad oğlu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, 31 saylı evin, 25 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3075/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3075/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver