Məhkəmə qərarları › İş №2(060)-309/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-309/2022

03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-309/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X10 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) oğlu X5 27.10.2005ci ildə, Sumqayıt şəhərində anadan olması, atasının X4, anasının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X11 27.10.2005-ci il tarixdə ev şəraitində, xəstəxənadan kənar doğulmuşdur. Hazırda tam sağlamdır və 5 saylı Uşaq Poliklinikasında qeydiyyatdadır. Ev şəraitində doğulduğu üçün ona vaxtında doğum haqda şəhadətnamə alınmamışdır. Bu məqsədlə Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat Şöbəsinə müraciət etmiş və həkim arayışı olmadığı üçün ona uşağın doğumunun qeydiyyatından və ona doğum haqda şəhadətnamə verməkdən imtina edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1975-ci ildə, Ucar rayonu, Bərgüşad kəndində anadan olmuşdur. O, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X4 27.06.2007-ci ildə vəfat etmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 07.10.2021-ci tarixli, 05/Q-1631/76 saylı məktubunda bildirmişdir ki, doğum faktını təsdiq edən həkim sənədi olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 22 saylı Mənzil-Kommunal Sahəsinin 22.09.2021-ci il tarixli ailə tərkibi haqqında arayışına əsasən Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2, otaq 32 ünvanında yaşayan ərizəçinin X6 və X11 olmaqla 2 nəfər ailə üzvü var. 2 nömrəli “Ailə Sağlamlıq” Mərkəzinin 75 nömrəli, 04.10.2021-ci il tarixli tibbi arayışına əsasən ərizəçi 27.10.2005-ci ildə X11 adlı uşaq doğub. Uşaq 2 nömrəli ASM-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, X5 adı Xidmətin Vahid Elektron İnformasiya Sistemində qeydiyyatdan keçmədiyi üçün barəsində məlumatın göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 22.04.2022-ci ildə məhkəməyə daxil olmuş məktubunda ata tərəfinin ekspertizada iştirak etmədiyi üçün ekspertizanın bioloji səviyyədə keçirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya” X23 Şəxsin 04.06.2022-ci il tarixdə məhkəməyə daxil olmuş rəyinə əsasən X5 müəyyən edilmiş sümük yaşı 16-17 ilə uyğun gəlir. İş materiallarına X5 2 nömrəli “Ailə Sağlamlıq” Mərkəzi tərəfindən tərtib edilmiş uşağın inkişafı tarixi kitabçası əlavə edilmişdir. X1 27.10.2005-ci ildə anadan olduğu, Anasının Ərizəçi olması öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçinin baldızıdır. X4 onun qardaşıdır. X17 Bağıyevin atasıdır. Belə ki, sağlığında qardaşı Ərizəçi ilə birlikdə yaşamış və X8 öz oğlu hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi atasının ikinci həyat yoldaşı olub. Rəşad Bağıyev onun atasının övladıdır. Belə ki, atası sağlığında Ərizəçi ilə birlikdə yaşamış və X8 öz oğlu hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı qızıdır. X4 ilə ərizəçi təxminən 15-20 il öncə ailə həyatı qurublar. X2r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğum faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin oğlu X5 27.10.2005-ci ildə, Sumqayıt şəhərində anadan olması, atasının X4, anasının Ərizəçi olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X5 27.10.2005-ci ildə, Sumqayıt şəhərində anadan olması, atasının X4, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar