Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3091/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi doğum haqqında arayış verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atasının, yəni xx.xx.1948-ci ildə Ağdam rayonu, Çullu kəndində doğulmuş X1 doğumu haqqında arayış verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Ərizəçi hazırda atasının, yəni xx.xx.1948-ci ildə Ağdam rayonu, Çullu kəndində doğulmuş X1 doğumu haqqında arayış verilməsini məhkəmədən xahiş edir. Lakin mülki prosessual qanunvericilikdə məhkəmə tərəfindən xüsusi icraat qaydasında doğum haqqında arayışın verilməsinə dair işə baxılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 305.1-ci maddəsi ilə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Həmin normaya əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında, daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında, itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı), şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında, övladlığa götürmə haqqında ərizələrə, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin hazırda tələbi doğum haqqında arayışın verilməsi ilə bağlı olmaqla, yuxarıda göstərilən normada qeyd edilmiş məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu işlər sırasına daxil deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması səbəbindən ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : Ərizəçi doğum haqqında arayış verilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3091/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3091/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver