Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-311/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 oktyabr 2025-ci il tarixdə, Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 5600 (beş min altı yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 76 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə təmir-tikinti işlərinin aparılması üçün Cavabdeh müraciət etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 225 №-li, 04 aprel 2024-cü il tarixli təmir və tikinti xidmətlərinin verilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiçıya aid ünvan 1 ünvanında yerləşən 108 kv.m sahəsi olan mənzilin təmir və tikinti xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icraçı, yəni cavabdeh xidməti bu müqavilənin 1 saylı əlavəsi olan təmir paketində müəyyən edilmiş materiallarla tam keyfiyyətlə və vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 7-ci bəndində göstərilmişdir ki, icraçı bu müqavilənin əlavəsi olan təmir paketində müəyyən edilmiş materiallarla işləri tam keyfiyyətdə və vaxtında yerinə yetirilməsinə məsuliyyət daşıyır. (7.1-ci bənd) İcraçı bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş olarsa bunun nəticəsində Sifarişçiyə vurulmuş maddi və mənəvi ziyanı ödəməkdə məsuliyyət daşıyır. Həmin müqavilənin 5-ci bəndinə əsasən göstərilən xidmət haqqı təmir paketində olan və tərəflərin razılaşması ilə müəyyən edilmiş 1 kv (kvadrat metr) üçün 350 (üç yüz əlli) AZN təyin olunmuşdur. Mənzilin ümumi sahəsi 108 kv-metr olmaqla təmir tikinti işlərinin ümumi dəyəri 37800 (otuz yeddi min səkkiz yüz) AZN olaraq təsdiq edilmiş və görülən xidmətin ödənişləri bu müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulan qaydada 4 mərhələdə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1 saylı əlavəsinə əsasən sifarişçi yəni iddiaçı: -İlkin mərhələdə interyer dizayn, hörgü, su və kanalizasiya, istilik və elektrik xəttlərinin çəkilməsi işlərinin icra olunması üçün xidmət haqqının ümumi dəyərinin 30% hissəsini; -İkinci mərhələdə alçipan işləri,astar, üzlük suvağın vurulması, döşəmədə betonun tökülməsi işləri, laqa və diktlərin vurulması, laminat döşəmə işlərinin icra olunması üçün xidmət haqqının ümumi dəyərinin 30% hisəsini; -Üçüncü mərhələdə isti döşəmə sisteminin quraşdırılması, keramoqranit, sanitar qovşaqlarının kafel metlax, mətbəxdə olan kafel-metlax işləri, bütün divarın divar kağızı işlərinin icra olunması üçün xidmət haqqının ümumi dəyərinin 30% hissəsini; -Dördüncü mərhələdə elektrik yuvaları, açarları, rozetkaları, spor işıqları, daxili və giriş qapılarının quraşdırılması, plintus və mənzilin təmizlənmə işlərinin icra olunması üçün xidmət haqqının ümumi dəyərinin 10% hissəsini ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı yuxarıda qeyd olunan işlərin 1-ci və 2-ci mərhələlərinin görülməsi üçün nəzərdə tutulmuş pulu, yəni xidmət haqqının ümumi dəyərinin 60%-ni təşkil edən 22500 (iyirmi iki min beş yüz) manat məbləğində pulu cavabdehə ödəsə də, cavabdeh tərəfindən yuxarıda qeyd olunan işlər tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, İddiaçı tərəfindən mənzildə aparılan təmir-tikinti işlərinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət olunmuşdur.”AECS” MMC tərəfindən verilmiş hesabatdan görünür ki, Sumqayıt şəhəri, 20 yanvar küçəsi, giriş 148, M14,m1 nömrəli mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin ümumi məbləği 17150 (on yeddi min yüz əlli) manat təşkil edir. İddiaçı cavabdehə ödədiyi 22500 manat puldan 5350 manat məbləğinin ona qaytarılması ilə bağlı pretenziya məktubu göndərsə də, bu bir nəticə verməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə icraçı olaraq MK İnşaat göstərilsə də, müqavilədə göstərilən ********** nömrəli VÖEN fiziki şəxs Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5350 manat məbləğində pulun, həmçinin qiymətləndirmə xidməti ilə bağlı ödənilmiş 250 manat məbləğində pulun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 76 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 800 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci ildə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5750 manat məbləğində pulun, həmçinin qiymətləndirmə xidməti ilə bağlı ödənilmiş 250 manat məbləğində pulun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 800 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək məhkəmədən, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı Sumqayıt şəhər məhkəməsinə iddia ilə müraciət edərək ona məxsus ünvan 2 ünvanında təmir-tikinti işlərinin aparılması üçün "xxxx" şirkətinin icraçı direktoru Cavabdeh ilə bağlanmış müqavilədən irəli gələn ödəmə fərqini tələb edərək ona dəymiş ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddiası əsasızdır, təmin edilə bilməz. İddiaçı göstərib ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən o öhdəliyini yerinə yetirməmiş və görülən işlərə görə əlavə pul almışdır. Bunu iddiaçı şəxs tərəfindən dəvət edilmiş "xxxx" MMC-nin ekspert rəyi ilə əsaslandırmışdır. İddia ərizəsinə əlavə edilmiş ekspert rəyində yetəri qədər çox mübahisəli hesablamalar mövcuddur. Belə ki, işçilik qiymətləri həmin tarixlər üçün tikinti bazarında göstərilən xidmət qiymətlərindən fərqli, aşağı göstərilmişdir. Bununla bağlı mübahisənin araşdırılmasını məhkəmənin öhdəliyinə buraxmışdır. Əlavə olaraq bir çox istifadə olunmuş material qiymətləridə bazar dəyərindən aşağı göstərilməklə məhkəməni yanlış məlumatlandırmağa cəhd edilmiş və şəxsinə ziyan vurulması nəzərdə tutulmuşdur. Hesablama zamanı iddiaçının müqavilə bağladığı "xxxx"-ın görülən işlər müqabilində gəlirliliyi nəzərə alınmamışdır. O "xxxx"-ın əldə etdiyi bütün növ gəlirlərinin qarşılığında vergi ödənişlərini tam olaraq şəffaf şəkildə ödəyirmiş. Bu gün tikinti bazarında görülən işlərin müqabilində təmir-tikinti materiallarında yaranmış fərqlərin həmçinin “ MK İnşaat” gəlirliyinin nəzərə alınaraq yenidən hesablanmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Onlar iddiaçının ekspert rəyi ilə heç bir halda razılaşmır, bununla bağlı gördükləri işlərin xərcləri ilə bağlı hesabatı məhkəməyə təqdim etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, məlumatı yox idi, bir yaxını tərəfindən tanımışdır. 113 kv.m-ə 350 manat kvadratla təmir razılaşmış, 30%- 11250 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh 22500 manat pul ödəmişdir. Onlar əvvəlcə qiymətləndirmə təqdim etmişdir. Daha sonra məhkəmə tərəfindən qiymətləndirmə təqdim edilmişdir. 400 manat fərq etmişdir. Onlarda mənafeylərinə uyğun iddia tələbinin həcmini artırmışdırlar. 16750 manat qiymətləndirilmişdir. 800 manat vəkil xidmətinə görə ödənib, qəbz təqdim etmişdir. Hamısının qəbzləri vardır. 1000 manat dizayn, 11000 manat təmirə görə ödəmişdir. 4 aya təmiri qurtarmalı idilər. Lakin 30% iş görülmüşdür. Mütəxəssis çağırmışdır, gəlib qiymətləndirmişdirlər. Ustalarda ondan narazılıq etmişdirlər. Hamısını aldadıb pullarını almışdırlar. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında bağlanmış 04 aprel 2024-cü il tarixli təmir və tikinti xidmətlərinin verlməsi haqqında müqavilənin (surətinin) 1.1-ci, 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, bu müqaviləyə əsasən podratçı ünvan 3 ünvanında inşa edilən yaşayış kompleksinin “B” bloku mənzil 164 yaşayış ünvanında yerləşən və sifarişçiyə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan tikilidə təmir işlərini həyata keçirməyi, sifarişçi isə razılaşdırılmış muzdu ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, sifarişçi görülən işin hər kvadrat metri üçün 350 manat muzd ödəyir. Podratçı bu müqavilədə nəzərdə tutulmayan işlərin icrasına cəlb oluna bilməz və əlavə işlərin yerinə yetirilməsi zərurəti yaranarsa, tərəflərin razılığı ilə bu müqaviləyə əlavə edilməklə bərabər tənzimlənə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, müqavilədə göstərilən təmir işlərinin həyata keçirilməsi üçün sifarişçi 37800 manat pul ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi 5.1-ci maddədə göstərilən məbləğin 30 faizini, yəni 11340 manatını müqavilə bağlanan an podratçıya nəğd şəkildə ödəyir. "xxxx"-ın xx.xx.2024-cü il tarixli, 225 nömrəli kassa mədaxil ordenindən görünürdür ki, İddiaçı “mənzilin dizaynı üçün” 1000 manat ödəmişdir. "xxxx"-ın xx.xx.2024-cü il tarixli, 225 nömrəli kassa mədaxil ordenindən görünürdür ki, İddiaçı “mənzilin təmiri üçün” 10250 manat ödəmişdir. "xxxx"-ın xx.xx.2023-cü il tarixli, 225 nömrəli kassa mədaxil ordenindən görünürdür ki, İddiaçı “mənzilin təmiri üçün” 6250 manat ödəmişdir. "xxxx"-ın xx.xx.2024-cü il tarixli, 225 nömrəli kassa mədaxil ordenindən görünürdür ki, İddiaçı “mənzilin təmiri üçün” 2000 manat ödəmişdir. "xxxx"-ın xx.xx.2024-cü il tarixli, 225 nömrəli kassa mədaxil ordenindən görünürdür ki, İddiaçı “mənzilin təmiri üçün” 3000 manat ödəmişdir. PulPal tərəfindən çıxarılmış qəbzlərdən görünür ki, İddiaçı Vəkil kart hesabına 800 manat məbləğində ödəniş həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 76 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, yaranmış borc məbləğinin məhkəməkədən kənar qaydada ödənilməsi bildirilmişdir. 16.8.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım xidmətləri göstərilməsi üçün Vəkil 800 manat ödəniş etmişdir. AECS MMC –nin 02 avqust 2024-cü il tarixli ünvan 4 ünvanında yerləşən mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin müəyyən edilməsi haqqında hesabatından görünür ki,mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin ümumi məbləği 17150 manat təşkil edir. "xxxx" MMC-nin 63 nömrəli, 02 iyul 2025-ci il tarixli hesabatından görünür ki, ünvan 4 saylı mənzildə aparlmış təmir-tikinti işlərinin görülməsinə xərclənən vəsait 16750.45 manat , inşaat materiallarına xərclənən vəsait 8933.45 manat və zəhmət haqqı 7817 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən ünvan 5 ünvanında inşa edilən yaşayış kompleksinin“B” bloku mənzil 164 saylı mənzil yaşayış ünvanında yerləşən və sifarişçiyə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan tikilidə təmir işlərini həyata keçirməyi, sifarişçi isə razılaşdırılmış muzdu, 37800 manatı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 22500 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmamışdır. İddiaçı yuxarıda qeyd olunan işlərin 1-ci və 2-ci mərhələlərinin görülməsi üçün nəzərdə tutulmuş pulu, yəni xidmət haqqının ümumi dəyərinin 60%-ni təşkil edən 22500 (iyirmi iki min beş yüz) manat məbləğində pulu cavabdehə ödəsə də, cavabdeh tərəfindən yuxarıda qeyd olunan işlər tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, İddiaçı tərəfindən mənzildə aparılan təmir-tikinti işlərinin qiymətləndirilməsi üçün qiymətləndirmə ilə bağlı hesabatdan görünür ki, Sumqayıt şəhəri, 20 yanvar küçəsi, giriş 148, M14,m1 nömrəli mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin ümumi məbləği 17150 (on yeddi min yüz əlli) manat təşkil edir. İddiaçı cavabdehə ödədiyi 22500 manat puldan 5350 manat məbləğinin ona qaytarılması ilə bağlı pretenziya məktubu göndərsə də, bu bir nəticə verməmişdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri ilə bağlı qanunvericiliyin normasını rəhbər tutaraq iddiaçının verdiyi iddia tələbi qismən təmin edilməli (pretenziya məktubu) cavabdehdən 5350 manat məbləğ tutularaq iddiaçıya ödənilməli, çəkilmiş xərclər tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 29 mart 2023-cü il tarixli qərarı: -Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının ( o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 43-cü maddəsi) və pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 73,50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin hüquqi yardım xidmətlərinin göstərilməsinə görə iddia tələbinin qismən təmin edildiyi hissəsinə uyğun olaraq 350 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli hesabatdan aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 5350 (beş min üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 73,50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Hüquqi yardım üçün ödənilmiş 350 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat və İddiaçı 100 (bir yüz ) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-311/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-311/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver