Məhkəmə qərarları › İş №2(060)-3118/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3118/2021

06.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3118/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Liseydə təsərrüfat müdiri vəzifəsinə öz işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2016 - cı ildən cavabdeh təşkilatda gözətçi vəzifəsində işə qəbul edilmiş və 2019 - cu il fevral ayının 1 - dən inzibati təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifəsinə keçirilmişdir. Sonradan məktəbdə təhsil alan tələbələrin sayı 250 - dən az olduğu üçün Azərbaycan Republikası Təhsil Nazirliyinin göstərişinə əsasən inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi ləğv edilmiş və o yalnız 2020-ci ilin sentyabr ayından etibarən təsərrüfat müdiri kimi vəzifəmi davam etdirmiş və onun aylıq əməkhaqqı 507 manatdan 265 manata endirilmişdir. 2020 - ci ilin dekabr ayına kimi məktəbdə pandemiya ilə bağlı dərslərin dayandırılmasına baxmayaraq məktəbə gedib-gəlmiş və öz vəzifəsi ilə əlaqədar işləri yerinə yetirmişdir. Lakin məktəbin keçmiş direktoru Sənan Xəlilov ona bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin daimi olmasına baxmayaraq o həmin müqaviləni ləğv edərək onunla müddətli əmək müqaviləsi bağlamaq istəyir, lakin o, müqavilənin müddətli bağlanmasına razılıq vermədiyi üçün direketor ondan məlumat almadan və direktroun təklifinin onun hüquqlarının pozulmasına xidmət etməsinə baxmayaraq işdə olduğu halda onun işdən çıxarıldığı ona bildirmişdir. İşdən çıxarılmağı barədə əmri yalnız Sənan Xəlilov işdən çıxarılıb onun yerinə yeni direktor təyin olunduqdan sonra ona təqdim edilmişdir. Onun işdən çıxarılmağı qanunsuz və əsassızdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı 2016-cı ildə Təhsil Nazirliyi 3 nömrəli Sumqayıt Peşə Liseyinə gözətçi işinə qəbul edilmişdir. Daha sonra xx.xx.1019-cu ildə həmin liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu ildə onun əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi hesab olunmuşdur. xx.xx.2020-ci ildə ididaçının vəzifəsi ixtisara düşmüş və onun əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Bu barədə iddiaçıya məlumat verilmişdir. Həmçinin bir neçə dəfə ididaçıya liseydə təsərrüfat müdiri və elektrik vəzfiələri təklif edilmş, lakin o, imtina etmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: -Təhsil Nazirliyi 3 nömrəli Sumqayıt Peşə Liseyininin direktorunun xx xxxxxxxx 2016cı il tarixli 84 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildən gözətçi işinə qəbul edilməsi, əmək haqqı ştat cədvəli üzrə 2-ci dərəcə ilə ödənilməsi əmr edilmişdir. -Təhsil Nazirliyi 3 nömrəli Sumqayıt Peşə Liseyininin direktorunun xx.xx.2019-cu il il tarixli 15 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətli əmək müqaviləsi ilə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçirilmişdir. - Təhsil Nazirliyi 3 nömrəli Sumqayıt Peşə Liseyininin direktorunun xx.xx.2019-cu il il tarixli 25 nömrəli əmrindən görünür ki, İddiaçı ilə xx.xx.2019-cu ildə bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2019-cu ildən müddətsiz hesab edilmişdir. - Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinin 3 nömrəli Sumqayıt Peşə Liseyi Həmkarlar təşkilatına ünvanlanan məktubundan görünür ki, 3№ li Sumqayıt Peşə liseyi üçün nəzərdə tutulan 2020/2021-ci tədris ili üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tələbə qəbulu planına (əlavə edilir) əsasən liseydə formalaşacaq tələbə kontingentinin sayı ( ıı və ııı kurs faktiki 119 nəfər və planda nəzərdə tutulan 100 nəfər) cəmi 219 nəfər olmuş olacaq. Azərbaycan Respublikası Nazirlər kabinetinin 1996 - cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları’’-na uyğun olaraq liseyin İnzibati Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi ixtisar edilməlidir. Belə ki, həmin qərara əsasən tələbə kontingentinin sayı 250nəfərdən çox olduqda İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi ştat vahidinə daxil edilir. Lakin mövcud kontingent sayı 219 nəfər olduğu üçün həmin vəzifə ixtisar edilir. Odur ki, həmin vəzifədə çalışan İddiaçı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. - 3 nömrəli Sumqayıt Peşə Liseyi Həmkarlar Komitəsinin xx.xx.2020-ci il tarixli iclasının 6 nömrəli protokolundan və ona dair çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi məqsədə uyğun olduğu və etiraz olmadığı qərara alınmışdır. - Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinin xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər kabinetinin 1996 - cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları’’-na uyğun olaraq fəaliyyət göstərdiyi sahənin ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırılmışdır. - Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinin xx.xx.2020-ci il tarixli 41 nömrəli əmrindən görünür ki, İnzibati Təsərrüfat işləri üzrə direktor müavini, dərs hissə müdiri vəzifələri ixtisar edilməsi, böyük kitabxanaçı vəzifəsi 1 ştat vahidindən 0,5 ştat vahidinə keçirilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinin xx.xx.2020-ci il tarixli 43 nömrəli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. -14-16, 22, xx xxxxxxxx 2020-ci il tarixli aktlardan görünür ki, İddiaçı Liseydə təsərrüfat müdiri və elektrik vəzifələri təklif olunmuş lakin o imtina etmişdir. - çıxarışdan görünür ki, 3 nömrəli Sumqayıt Peşə Liseyi tərəfindən 2020-ci ilin noyabr ayında İddiaçı 746,59 manat müavinat ödənilmişdir. - ƏƏSMN yanında DƏMX-nin Sumqayıt regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, **********6 saylı məktubdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 43 saylı xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən 3 nömrəli Sumqayıt Peşə Liseyinin işgötürəni tərəfindən xitam verilmişdir. İşə götürənlə arasında mübahisəli hal hesab etdiyi təqdirdə iddiaçının müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2016-cı ildə Təhsil Nazirliyi 3 nömrəli Sumqayıt Peşə Liseyinə gözətçi işinə qəbul edilmişdir. xx.xx.1019-cu ildə həmin liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu ildə onun müqaviləsi müddətsiz əmək müqaviləsi ilə xx.xx.2019-cu il tarixdən hesab olunmuşdur. xx.xx.2020-ci ildə ididaçının vəzifəsi ixtisara düşmüş və onun əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Daha sonra ididaçıya liseydə təsərrüfat müdiri və elektrik vəzfiələri təklif edilmş, lakin o, imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin normalarına tam riayət edilmişdir, ona görə də, iddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq işdən çıxarılması sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdrmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Adı̇ l oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsı̇ l Nazı̇ rlı̇ yi Peşə Təhsı̇ li üzrə Dövlət Agentlı̇ yı̇ nin 3 nömrəlı̇ Sumqayıt Peşə Lı̇ seyı̇ nə qarşı onun həmin Liseydə təsərrüfat müdiri vəzifəsinə öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar