Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3124/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 043- İRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.07. 2010-cu ildən 09 sentyabr 2024-cü ilə qədər STP-də çalışmışdır. Bu illər ərzində işində heç bir nöqsanı olmamış, heç bir xəbərdarlıq almamışdır. 2 may 2023-cü ildə Hicran Valehovun STP-yə icraçı direktor təyin edilməsi ilə iddiaçıya qarşı təqib və təzyiqlər başladılmışdır. 17 avqust 2023-cü ildə Hicran Valehovun birbaşa göstərişi ilə iddiaçı STP-yə heç bir aidiyyatı olmayan Sumqayıt Üst Trikotaj Fabrikinə keçirilmiş və orada işi 02 oktyabr 2023-cü iləcən davam etmişdir. Həmin tarixdə STP-yə qayıdıb, yazılı göndəriş olmadığı təqdirdə Sumqayıt Üst Trikotaj Fabrikinə getməyəcəyini bildirmişdir və bu "özbaşınalığının” cəzası olaraq 03 oktyabr 2023-cü ildən 24 oktyabr 2023-cü iləcən STP ərazisinə buraxılmamışdır. 25 oktyabr 2023cü ildə işə çağırılsa da, yenə də öz rəsmi iş yerinə buraxılmamış, əvəzində iddiaçını STP daxilində SƏTƏM deyilən müəssisəyə göndərilmişdir, həmin müəssisədə 09 sentyabr 2024-cü iləcən çalışmışdır. İş yerində iddiaçıya qarşı təşkil edilmiş təzyiq və təqibə son qoymaq üçün fevral 2024-cü ildə STP-nin rəhbər şəxsləri barədə Sumqayıt Məhkəməsinə iddia ilə müraciət etmişdir. İş məhkəmədə ola-ola 05 sentyabr 2024-cü ildə rəsmi iş yerinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubu almış və 10 sentyabr 2024-cü ildən STP ərazisinə buraxılmamışdır. Bundan sonra Hicran Valehovun xx.xx.2024-cü il tarixli 043-İRD\x nömrəli Əmri ilə iddiaçının müddətsiz əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilmişdir. Həmin əmri qeyri-qanuni edən hallar: İddiaçı ilə STP arasında məhkəmə çəkişməsi hələ bitməmiş və Hicran Valehov məhkəmədə cavabdeh qismində iştirakçı olmuşdur. Ştat ixtisarı ilə bağlı qərar Həmkarlar Təşkilatı ilə razılaşdırılmamışdır. Həmin ştatda işləmədiyinə baxmayaraq yalnız iddiaçının rəsmi ştatı ixtisara salınmış, iddiaçının ixtisar edildiyi yerə əlavə olaraq 3 nəfər işçi götürülmüşdür. STP-də 15 illik iş stajının olmasına baxmayaraq iddiaçıya alternativ iş təklif edilməmişdir. Yuxarıda göstərilənləri sübut edəcək səs və votsap yazışmaları vardır və həmin səs və votsap yazışmaları məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı onun arvadıdır. 2023-cü ilin iyul ayından etibarən iş yerində ona qarşı təqiblər başlamışdır. 2023-cü ilin oktyabr ayından iddiaçı iş yerinə buraxılmamışdır. xx.xx.2024-cü il tarixində iş yerindən iddiaçıya bildirilmişdir ki, onun hazırda çalışdığı çayçı vəzifəsi ixtisara düşdüyündən o işdən azad olunacaqdır. Məhkəməyə tərəfindən elektron daşıyıcı və qəzet təqdim etmişdir. Müsəssisədə iki çayçı ştatı olmasına baxmayaraq onun biri ixtisar olunmuşdur. Bu isə iki işçi arasında ayrıseçkilikdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, qanunvericiliyin tələblərindən irəli gələrək iddiaçı tərəflərindən rəsmi məlumatlandırılmışdır. 2 ay sonra əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş və ona 2 ay ərzində işçiyə özünə başqa iş tapması üçün şərait yaradılmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra qanunun tələbinə uyğun olaraq iddiaçıya son haqq-hesab ödənilmişdir. İddia tələbi tam əsassızdır. Şirkətdə xadimə, çayçı və bu kimi digər ştatlar ləğv edilmiş, bu xidmətləri həyata keçirmək 3-cü şəxslərə həvalə edilmişdir. İddiaçı 2 ay əvvəldən məlumatlandırılmış, müddət başa çatdıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçıya əmək kitabçasının təhvil alınmasını hansı qaydada götürəcəyi bildirildikdə, o əmək kitabçasının poçt vasitəsilə göndərilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının qeyd etdiyi 2 çayçı ştatından 1-nin ləğv edilib digərinin saxlanılması absurddur. Hər iki çayçı ştatı şirkət tərəfindən ləğv edilmişdir. Ştat cədvəli məhkəməyə təqdim edilmişdir. Həmin ştat ümumiyyətlə ləğv edildiyi üçün siyahıdan çıxardılmışdır. Bununla yanaşı iddiaçının məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Buna baxmayaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir. MPM-nin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00212 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. - xx.xx.2024-cü il tarixli, 043-İRD/x saylı ştatın ixtisarı ilə əlaqədar işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, İnzibati İşlər və İnfrastruktur departamentinin Təsərrüfat və iaşə bölməsinin Təsərrüfat sahəsinin Təmizlik və xidmət qrupunun çayçısı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə etmədiyi 19 təqvim günü əvəzinə kompensasiya ödənilməsi, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin 08 yanvar 2024-cü il tarixli 001-İRD/b nömrəli əmri ilə təsdiq edilmiş işçilərinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli, № 018- İRD/b saylı əmrin surətindən görünür ki, cəmiyyətdə iaşə xidmətlərinin keyfiyyətinin artırılması, optimallaşdırılması və peşəkar səviyyədə təmin edilməsi məqsədilə sözügedən xidmətlərin bu sahə üzrə ixtisaslaşmış 3-cü şəxslər tərəfindən təşkil ediləcəyini nəzərə alaraq, 8 yanvar 2024-cü il tarixli 001-İRD/b nömrəli əmr ilə təsdiq edilmiş cəmiyyətin işçilərinin ştat cədvəlində İnzibati İşlər və İnfrastruktur Departamentinin Təsərrüfat və İaşə bölməsinin “çayçı, aşpaz, qəssab, aşpaz köməkçisi, qabyuyan” ştatları (vəzifələri) ixtisar edilməsi əmr edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən eyni zamanda Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü bəndinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 7-ci bəndinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. İşdən və iş materiallarından göründüyü kimi, iddiaçı Mediasiya prosesinin tətbiqi barədə məlumatsız olduğundan ilkin məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətinin axımı dayandırılmış hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən Qanunu bilməmək məsuliyyətdən azad etmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyindən, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin 08 yanvar 2024-cü il tarixli 001-İRD/b nömrəli əmri ilə təsdiq edilmiş işçilərinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli, № 018-İRD/b saylı əmrə əsasən cəmiyyətdə iaşə xidmətlərinin keyfiyyətinin artırılması, optimallaşdırılması və peşəkar səviyyədə təmin edilməsi məqsədilə sözügedən xidmətlərin bu sahə üzrə ixtisaslaşmış 3cü şəxslər tərəfindən təşkil ediləcəyini nəzərə alaraq, 8 yanvar 2024-cü il tarixli 001-İRD/b nömrəli əmr ilə təsdiq edilmiş cəmiyyətin işçilərinin ştat cədvəlində İnzibati İşlər və İnfrastruktur Departamentinin Təsərrüfat və İaşə bölməsinin “çayçı, aşpaz, qəssab, aşpaz köməkçisi, qabyuyan” ştatları (vəzifələri) ixtisar edilmişdir. İnzibati İşlər və İnfrastruktur departamentinin Təsərrüfat və iaşə bölməsinin Təsərrüfat sahəsinin Təmizlik və xidmət qrupunun çayçısı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə etmədiyi 19 təqvim günü əvəzinə kompensasiya ödənilmiş, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Göründüyü kimi iddiaçının çalışdığı çayçı vəzifəsi ştat cədvəlinə əsasən ixtisar edilmişdir. Bu ixtisar qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Odur ki iddiaçının xx.xx.2024-cü il tarixli 043-İRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun xx.xx.2024-cü il tarixli 043-İRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3124/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3124/2025
17.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver