Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3125/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, X1, Maraqlı şəxs X14 Hakimiyyətinin yanında Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X6 iştirakı ilə, X1 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, oğlu xx.xx.1999-cu il təvəllüdlü X12 anadan gəlmə əqli gerilik xəstəliyindən əziyyət çəkir, uşaq vaxtindan əlilliyə görə pensiya almışdır. Xəstəlik nəticəsində oğlu hərəkətlərinə cavab verə bilmir, öz-özünə əsəbləşir, həyəcanlanır, özünə qulluq edə bilmir, dərmanlarını vaxt aşırı qəbul etmir. Onun kənar şəxsin köməyinə ehtiyacı vardır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X14 Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X10 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirdi və ekspert rəyini əsas götürərək, rəyə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 15911994 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1999-cu ildə Sumqayıt anadan olmuş və Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, SKZ, Yat-2 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər psixiatriya Xətəxanası tərəfindən verilmiş 01 nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X12na “orta dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə qulluq və müalicə tələb edən davranış pozuntuları” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2400 saylı rəydən görünür ki, X8 Orta kəmağıllıq, davranış pozuntuları iləmüəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə toksikozla keçən hamiləlikdən çətin doğuşla anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, formal olaraq yardımçı məktəbdə bir neçə sinif oxuması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, davranış pozuntuları biruzə verdiyi üçün X3 “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrı tərəfindən təyin edilmiş müalicəni qəbul etməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahiri narahatlığı, ağıl zəifliyi əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinmişdir ki, X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxskimi hesab edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1999-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən xx.xx.1999-cu il təvəllüdlü X7 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3125/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3125/2020
05.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver