Məhkəmə qərarları › İş №2(060)-3127/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3127/2022

01.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3127/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilin boşaldılması, mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə vəsatətlə müraciət edərək, Cavabdeh5 və X3 cavabdeh qismində işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 və X5 cavabdeh qismində işə cəlb olunmuşlar. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia ərizəsinə dəqiqləşmə verərək, “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək göstərdi ki, "xxxx" BOKT MMC ilə Cavabdeh5 arasında 08 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən illik 18 faizlə, 60 ay müddətində qaytarılmaq şərtilə 30 000 ABŞ dolları kredit verilmiş və təminat kimi Sumqayıt şəhəri, 10-cu mikrorayon, 66/67 nömrəli binanın 84.1kv.m ümumi sahəsi olan 4 otaqlı 58 nömrəli mənzilin İpoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2014-cii il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh5 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, "xxxx" BOKT MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsi 12 mart 2018-ci il tarixli 2(060)- 2510/2018 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 24 sentyabr 2018-ci il tarixli 2(105)-2809/20l8 saylı iş üzrə çıxartdığı qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 69 000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Qurbanov Xalid Aqil oğlu kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MİÜMK 2( 102)-672/2019 saylı iş üzrə 28 yanvar 2019-cu il tarixli qərarı ilə şikayəti təmin etməmiş, qətnaməni isə dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Sumqayıt icra qurumu tərəfindən icra edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 41/06 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair 10 dekabr 2020-ci il tarixdə tərtib edilmiş 54/01-2 saylı “Hərracın yekunları barədə Protokolla Cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil satılmadığına görə "xxxx" MMC tərəfindən əldə edilmiş və hazırda mülkiyyət hüququna dair Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh Qurbanov X4 Rayon Məhkəməsində iddia qaldıraraq 10 dekabr 2020-ci il tarixli 54/01-2 saylı “Hərracın yekunları barədə Protokol'un və hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız elan edilməsini tələb etmiş, lakin məhkəmənin 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verməmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı 07 may 2021-ci il tarixli 1239 №li “Xəbərdarlıq və Təklif’ə əsasən cavabdehlərə mənzildən əvəzli istifadə müqabilində aylıq məbləği vergilər və digər ödənclər daxil olmadan 1 000 manat ödəməklə “mənzil kirayə müqaviləsi” bağlamaq təklif etmiş, əks-halda mənzili xx.xx.2021 -ci il tarixinədək boşaltmağı tələb etmişdir. Lakin cavabdehlər bu günə kimi mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. Göstərilənləri nəzərə alaraq, “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, mülkiyyətində olan hazırda sözügedən mənzili iddiaçı təşkilata ipoteka ilə yüklü etməklə pul götürüb, həmin pulu ev alması üçün kürəkəninə vermişdir. Kürəkəni aldığı ev isə mübahisəli olmuş, yəni həmin mənzil bir neçə nəfərə satılmışdır. O, işlə bağlı artıq 7 ildirki məhkəmədə iş gedir və onların xeyrinə qərar verilib. Hazırda gözləyirlər ki, kürəkəninin aldığı mənzil onlara təhvil verilsin və onlar həmin mənzili satıb iddiaçı təşkilata olan borcunu ödəyəcəklər. Bu səbəbdən borcun ödənilməsi üçün onlara vaxt verilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən müəyyən edilir ki, ünvan 1, mənzil 58 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3052/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Respublika Xammal və Əmtəə birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, № SUMG1-10852-6283 saylı “kredit müqaviləsi”ndən görünür ki, "xxxx" MMC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014cü il tarixli № SUMG1-10852-6283 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh5 mənzil alınması məqsədi ilə 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 58 , "xxxx" MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ərizələrinin surətlərindən görünür ki, onlar Cavabdeh1 məxsus ünvan 1, mənzil 58-in satılmasına və "xxxx" MMC qarşısında ipoteka (girov qoyulmasına) ilə yüklü edilməsinə razılıq vermişlər. İpoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən mənzili tərk edəcəklərini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1, mənzil 58-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbayçan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Mülki Məcəlləsinin 228.1 -ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmalı və iş üzrə ödənilmiş 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada iddiaçı “TBC Kredit BOKT" MMC xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada iddiaçı “TBC Kredit BOKT" MMC xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar